Azercell “İKT-də qızlar günü” münasibətilə keçirilən tədbirə dəstək olub
30.04.2019 [09:42]
Beynəlxalq Telekommunikasiya İttifaqının 2010-cu ildə qəbul etdiyi qətnaməyə əsasən aprel ayının sonuncu həftəsinin dördüncü günü “İKT-də qızlar” günü kimi qeyd olunur. Bu tarixi gün qadınların İKT (İnformasiya Kommunikasiya Texnologiyaları) sahəsində rolunun artırılmasına dəstək vermək məqsədi daşıyır.
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xanımları bu sahədə təhsil almağa təşviq etmək, mövcud karyera perspektivlərini vurğulamaq üçün silsilə tədbirlər təşkil edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi, Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES”, “STEP IT Academy” və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakı ofisinin təşkilati dəstəyi ilə ilk tədbir Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində keçirilib. 70-dək məktəbli qızın iştirak etdiyi tədbirdə informasiya texnologiyalarının əhəmiyyəti, bu sahədə təhsilin vacibliyi və geniş iş imkanlarından bəhs olunub. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən iştirakçılara “sahibkarlıqda ilk addımlar”,”uğurlu sahibkarlıq” və digər vacib məqamları əhatə edən məlumatlar təqdim edilib.
Eyni zamanda bu gün münasibətilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “AREA” Robotexnika və Mühəndislik Akademiyası və “chip.az” MMC-nin təşkilatçılığı ilə “İKT-də xanımlar: imkanlar və perspektivlər” adlı təlim keçirilib.
“İT sahəsində müasir trendlər”, “Sosial şəbəkələrdə biznes”, “Qızlar üçün İKT-də karyera yolu”, “Robotexnika sahəsində iş imkanları”, “Azərbaycanda robotexnikanın inkişaf perspektivləri” mövzuları üzrə də məşğələlər təşkil olunub.
“Azercell Telekom” MMC İKT sahəsində peşəkar qadın kadrlarının yetişdirilməsinə xüsusi qayğı ilə yanaşır. Qeyd edək ki, Azercell tərəfindən 2009-cu ildə yaradılan və PAŞA Bank tərəfindən dəstəklənən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi xanımlar üçün informasiya texnologiyaları və sahibkarlıq mövzularını əhatə edən təlimlərin, seminarların təşkil edilməsində fəal iştirak edir.
Xəbər lenti
Hamısına baxSosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22

