Bakıda “İnsan inkişafı. Dünyaya inteqrasiya” mövzusunda II beynəlxalq elmi konfrans keçirilir
27.04.2019 [09:59]
Aprelin 26-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bu ali məktəbin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə təşkil etdiyi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “İnsan inkişafı. Dünyaya inteqrasiya” mövzusunda II beynəlxalq elmi konfrans öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Heydər Əliyevin AzMİU-nun həyətində ucaldılmış abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla anıblar.
Tədbiri açan universitetin rektoru, professor Gülçöhrə Məmmədova konfransın AzMİU-da ikinci dəfə keçirildiyini qeyd edərək, bunun bir ənənəyə çevriləcəyini deyib. Konfransın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edildiyini bildirən rektor bu tədbirin Ümummilli Liderin şəxsiyyətinə dərin hörmət və ehtiramın təzahürü olduğunu vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin çoxşaxəli, mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən, dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən söz açıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova “Davamlı inkişafda qadınların rolu” mövzusunda məruzə ilə çıxış edib. O vurğulayıb ki, gender bərabərliyinin təmin edilməsi və qadınların səlahiyyətlərinin genişləndirilməsi bu gün dövlət siyasətinin mühüm prioritetlərini təşkil edir. Bu baxımdan ötən müddətdə qadınların iştirakçılığının artırılması üçün imkanların genişləndirilməsi, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişafı istiqamətində mühüm işlər görülüb.
Sonra AzMİU-nun ictimai fənlər kafedrasının müdiri Könül Əliyeva “Firavan, ahəngdar və təhlükəsiz gələcək üçün dəyişən iqtisadiyyat və dövlət”, Ümumrusiya Dövlət Ədliyyə Universitetinin dosenti Şaraputdin Rəşidov “Xarici tələbələrin Rusiya Federasiyasının ali təhsil müəssisələrində təhsil perspektivi və problemləri” mövzularında məruzələrlə çıxış ediblər.
Konfrans işini bölmə iclaslarında davam etdirib.
Qeyd edək ki, konfransa 98 məqalə təqdim edilib. İki gün davam edəcək beynəlxalq konfransın bölmə iclaslarında məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

