ADU ilə İndoneziyanın Ahmad Dahlan Universiteti arasında anlaşma memorandumu imzalanıb
27.04.2019 [09:52]
Dünən Azərbaycan Dillər Universiteti (ADU) ilə İndoneziyanın Ahmad Dahlan Universiteti arasında anlaşma memorandumu imzalanıb. Bu barədə ADU-nun mətbuat xidmətindən bildirilib. Memorandum tələbə-müəllim mübadiləsinə imkan yaratmaq, tədqiqat aparmaq, qarşılıqlı akademik səfərlər həyata keçirmək məqsədilə ADU-nun rektoru, akademik Kamal Abdulla və Ahmad Dahlan Universitetinin rektoru, doktor Kasiyarno M.Hum tərəfindən imzalanıb.
Görüşdə rektor Kamal Abdulla Azərbaycanda son illərdə bütün sahələrdə, o cümlədən təhsildə yüksək nailiyyətlərin qazanıldığını diqqətə çatdırıb. ADU-nun beynəlxalq əlaqələrindən danışan rektor İndoneziyanın Ahmad Dahlan Universiteti ilə birgə layihələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
K.Abdulla həmçinin memorandumun imzalandığı Heydər Əliyev Muzey-Lektoriyası haqqında da qonaqlara məlumat verib: “Bu auditoriya bizim Ulu Öndərimiz Heydər Əliyevin adını daşıyır. Burada Onun gənclik illərindən, ölkəmizin rəhbərliyində təmsil olunduğu illərdən bəhs edən şəkillərdən ibarət guşələr var. Bu, bizim müqəddəs saydığımız auditoriyadır. Auditoriyanı bizim müəllimlərimiz, tələbələrimiz öz əlləri ilə qurublar. Qonaqlarımıza bu məkanı göstərməkdən qürur hissi keçiririk”.
Doktor Kasiyarno M.Hum İndoneziya-Azərbaycan əlaqələrinin əhəmiyyətindən bəhs edib. Rektor ADU tələbələri ilə görüşdən, onların İndoneziyaya marağından məmnun qaldığını deyib. O, ADU ilə əməkdaşlıqda maraqlı olduqlarını xüsusi diqqətə çatdırıb. Ahmad Dahlan Universitetinin Məhəmmədiyyə təşkilatının bir hissəsi olduğunu deyən rektor universitet haqqında ətraflı məlumat verib: “Universitet Cakarta şəhərində yerləşir. Bu şəhər tələbə şəhərciyi kimi tanınır. Çünki bu şəhərdə 103 özəl, 52 dövlət ali məktəbi var. Bir sözlə, şəhər təhsil şəhəri kimi tanınır. Hazırda universitetin 27 min tələbəsi var. Tələbələr 50 ixtisas üzrə 11 fakültədə təhsil alırlar”.
İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fənani memorandumun imzalanmasını əlamətdar hadisə kimi dəyərləndirib. ADU-nun tədris və təhsil istiqamətində apardığı işləri yüksək qiymətləndirən diplomat ali təhsil ocağının rektoru, akademik Kamal Abdullanı İndoneziyaya səfərə dəvət edib.
Qeyd edək ki, imzalanma mərasimindən öncə Ahmad Dahlan Universitetinin rektoru, doktor Kasiyarno M.Hum ADU-nun İndoneziya Araşdırmalar Mərkəzində tələbələrə “İslam və yerli mədəniyyət” mövzusunda mühazirə oxuyub.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxMədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55

