GİZ-in KİV təmsilçiləri üçün seminarları davam edir
23.04.2019 [12:22]
Nabranda keçirilən növbəti seminar “Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” mövzusuna həsr olunub
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma" regional proqramı çərçivəsində jurnalistlər üçün seminarları davam edir. Növbəti belə seminar 20-21 aprel tarixlərində Nabranda keçirilib. Ölkəmizin KİV-lərini təmsil edən 20-yə yaxın jurnalistin iştirak etdiyi budəfəki seminar "Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” mövzusuna həsr olunub.
Seminarı giriş sözü ilə açan GİZ-in əməkdaşı Şakir Səfərbəyov tədbir iştirakçılarını salamlayıb, təlimin məqsədindən, gözlənilən nəticələrdən danışıb. Bu vaxta kimi GİZ tərəfindən jurnalistlər üçün bir sıra mövzularda seminarların keçirildiyini bildirən GİZ təmsilçisi bu mövzulardan bəziləri ilə bağlı yazı müsabiqələrinin təşkil edildiyini də deyib.
Sonra seminarın təlimçisi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, vəkil Sahib Məmmədov vətəndaşlıq, beynəlxalq təcrübə, Azərbaycanda vətəndaşlıq, vətəndaşlığın mahiyyəti, ikili vətəndaşlıq, çoxvətəndaşlılıq, vətəndaşlığa xitam verilməsi, vətəndaşlıqdan məhrumetmə barədə geniş məlumat verib. Bununla yanaşı, o, yerli və beynəlxalq qanunvericiliyə istinad etməklə miqrasiyanın mahiyyəti, miqrasiya proseslərinin hüquqi tənzimlənməsi, miqrasiya formaları, miqrasiya prosesinin iştirakçıları, miqrasiya proseslərinin nəticələri, əmək miqrasiyası və sairdən söhbət açıb.
İki gün davam edən seminarın növbəti günündə isə media nümayəndələrinə xarici dövlətdə iş təklifləri, bunun müsbət və mənfi nəticələri, risklərin aradan qaldırılması, miqrasiya proseslərinə mane olan hüquqi normalar və təcrübə mövzusunda məlumatlar verilib.
Seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və jurnalistləri maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılıb.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40

