/ / “Azərbaycanda regional inkişafın idarə olunmasında yeni istiqamətlər” mövzusunda respublika elmi konfransı keçirilib
“Azərbaycanda regional inkişafın idarə olunmasında yeni istiqamətlər” mövzusunda respublika elmi konfransı keçirilib
23.04.2019 [09:20]
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Azərbaycanda regional inkişafın idarə olunmasında yeni istiqamətlər” mövzusunda respublika elmi konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın açılışını Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə Azərbaycanda bütün sahələrdə yüksək nailiyyətlər qazanılıb, bölgələrdə sosial-iqtisadi inkişafla bağlı infrastruktur layihələri, köklü iqtisadi islahatlar həyata keçirilib, ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. Dövlət başçısı “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Fərman ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi daşıyır.
Qeyd edilib ki, regionlarımızın inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.
Daha sonra Yasamal bələdiyyəsinin üzvü Əli Əkbərli, Əmlak Məsələləri Dövlət Komitəsinin sektor müdiri Nurlan Verdiyev, Dövlət İdarəçilik Akademiyasının dekanı, professor Xatirə Hüseynova və akademiyanın dosenti Roza Əliyeva məruzə ilə çıxış ediblər.
Konfransın gündəliyi və seçilmiş istiqamətlər regional inkişafın idarə olunmasında innovativ proseslərin təhlili, perspektiv imkanların öyrənilməsinə həsr edilib. Bu sahədə əldə edilmiş uğurlar və gələcək inkişaf perspektivləri istiqamətində innovasiyaları təqdim etmək istəyən tədqiqatçılar, müəllim heyəti, mütəxəssislər fikir mübadiləsi aparıblar.
Konfransda Milli Məclis, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Hərbi Prokurorluq, Əmlak Məsələləri Dövlət Komitəsi, Ombudsman Aparatının Şəki Regional Mərkəzi, Mingəçevir “ASAN xidmət”, Naftalan Şəhər İcra Hakimiyyəti, Qazax Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti, Beyləqan Rayon İcra Hakimiyyəti, Ağstafa Rayon İcra Hakimiyyəti, Yardımlı Rayon İcra Hakimiyyəti, Tərtər Rayon İcra Hakimiyyəti, Ağdaş Rayon İcra Hakimiyyəti, Zaqatala Rayon İcra Hakimiyyəti, Xəzər Rayon İcra Hakimiyyəti, Yasamal Bələdiyyəsi, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Qərb Universiteti və digər qurumların nümayəndələri iştirak ediblər.
Konfrans öz işini sessiyalarla davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20

