Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib
18.04.2019 [10:00]
Aprelin 17-də Daxili İşlər Nazirliyində “Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı”, “İctimai yerlərdə baş verən cinayətlərin profilaktikası” və “Şəxsi heyətin peşə hazırlığının təşkili” sahələrində görülən işlərin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan məsələlərin əməliyyat-xidməti fəaliyyətinin mühüm sahələrini əhatə etdiyini, habelə insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının etibarlı qorunması baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Son illər ölkədə uğurla həyata keçirilən islahatlar, quruculuq işləri və hüquq mühafizə siyasəti çərçivəsində daxili işlər orqanlarında da fəaliyyətin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi üzrə əhəmiyyətli işlər görüldüyünü, qarşıda duran vəzifələri yerinə yetirməyə qadir olan peşəkar kadr özəyinin formalaşdırıldığını diqqətə çatdırıb.
Sonra gündəlikdəki məsələlər barədə məruzə ilə çıxış edən Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Arzu Daşdəmirov, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov və Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov müzakirə olunan məsələlərlə bağlı respublikanın daxili işlər orqanları tərəfindən görülən işləri, xidməti fəaliyyətdə əldə olunmuş nəticələri, mövcud olmuş nöqsan və çatışmazlıqları diqqətə çatdıraraq onların aradan qaldırılması yollarından və qarşıda duran vəzifələrdən danışıblar.
Məruzələr ətrafında çıxış edən bir sıra şəhər, rayon polis orqanlarının rəisləri gündəlikdəki məsələlər üzrə, həmçinin cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verərək iclasda səsləndirilən iradların tezliklə aradan qaldırılacağına söz veriblər.
İclasa yekun vuran daxili işlər naziri Ramil Usubov əvvəlki dövrlərdə olduğu kimi, cari ilin birinci rübündə də respublikada cinayətkarlıqla mübarizədə, daxili təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunması sahəsində əldə olunmuş müsbət nəticələrin inkişaf etdirildiyini, bu işdə prokurorluq, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə birgə səmərəli fəaliyyətin mühüm rol oynadığını vurğulayıb. O, gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarının işində müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək onların aradan qaldırılması üçün adekvat tədbirlərin görülməsini tələb edib, həmçinin əməliyyat-xidməti fəaliyyətin bir sıra vacib istiqamətləri üzrə və aktual məsələlərə dair konkret tapşırıq və tövsiyələrini verib.
Vurğulanıb ki, təqsirləndirilən və itkin düşmüş şəxslərin axtarışı üzrə tədbirlər, ictimai yerlərdə baş verən cinayətlərin profilaktikası, şəxsi heyətin peşə hazırlığı sahələrində fəaliyyət gücləndirilməli, hər bir orqan və hissədə qanunçuluq, nizam-intizam möhkəmləndirilməli, vətəndaşların qəbuluna, onların müraciətlərinə daha həssas münasibət göstərilməli, hər bir ərizə və şikayətə vaxtında və operativ baxılmalı, ümumən şəxsi heyətin tapşırılmış sahəyə məsuliyyətinin yüksəldilməsi istiqamətində işlər böyük əzmlə davam etdirilməlidir.
Nazir Ramil Usubov Azərbaycan Prezidenti İlham Əliyevi əmin edib ki, daxili işlər orqanlarının şəxsi heyəti qanunvericilikdə müəyyən edilmiş vəzifələrin, qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcək, ölkədə sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

