Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Seçenov Universitetinin Bakı filialında səhiyyənin təşkilinə dair ixtisasartırma kursları keçirilib

Seçenov Universitetinin Bakı filialında səhiyyənin təşkilinə dair ixtisasartırma kursları keçirilib

18.04.2019 [09:52]

Aprelin 17-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (İ.M.Seçenov adına Birinci MDTU, Seçenov Universiteti) Bakı filialında “Səhiyyənin təşkili, icbari tibbi sığorta və tibbi müəssisələrin idarə edilməsi” kursu üzrə birinci məşğələ keçirilib.
Seçenov Universitetinin Bakı filialının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu kurs səhiyyənin təşkili və icbari tibbi sığorta sahəsində mütəxəssislər, həmçinin tibb müəssisələrinin rəhbərləri üçün nəzərdə tutulub. Kursda məşğələlər İ.M.Seçenov adına Birinci MDTU-nun Liderlik və Səhiyyənin İdarə Edilməsi İnstitutunun müəllimləri tərəfindən keçirilir.
Tədris kursu altı əsas bölmədən ibarətdir. Müdavimlər iki ay müddətində ictimai sağlamlıq, tibbi yardımın keyfiyyətinin idarə edilməsi, icbari tibbi sığorta, səhiyyənin təşkili və tibb müəssisələrinin menecmenti, habelə səhiyyənin iqtisadiyyatı və maliyyələşdirilməsi üzrə zəruri biliklər əldə edəcəklər.
Müdavimlər kursu bitirəndən sonra buraxılış layihələrinin təqdimatını keçirəcəklər.

Paylaş:
Baxılıb: 560 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31