Avropa Gənclər Olimpiya Festivalına hazırlıqla əlaqədar silsilə tədbirlər keçirilir
18.04.2019 [09:51]
Paytaxt məktəblərində XV Avropa Gənclər Olimpiya Festivalına hazırlıqla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə silsilə tədbirlər keçirilir. Belə ki, proqrama cəlb olunmuş ümumi təhsil müəssisələrində müxtəlif idman yarışları, məşhur idmançılarla görüşlər, rəsm müsabiqələri, “Açıq dərs”lər, sərgilər və digər tədbirlər təşkil edilir.
Tədbirlərdə BŞTİ, Milli Olimpiya Komitəsi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, Avropa ölkələrinin Azərbaycandakı səfirləri, idmançılar və paralimpiyaçılar, məktəblərin pedaqoji kollektivi, valideynlər, şagirdlər və digər qonaqlar iştirak edirlər.
Tədbirlərdə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın əsas məqsədinin Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdən ibarət olduğu bildirilir. Həmçinin olimpiya dəyərləri və ideyalarını, tolerantlıq, sülh, həmrəylik, əməkdaşlıq, dostluq hisslərini aşılamaq baxımından bu cür tədbir, müsabiqə və yarışların keçirilməsinin vacibliyi vurğulanır.
Tədbirlərdə proqrama cəlb olunmuş ümumi təhsil müəssisələri layihənin açılış mərasimində püşkatma zamanı onlara adları təqdim olunan Avropa ölkələrini təmsil edir, həmin ölkələrin maddi-mənəvi irsini nümayiş etdirirlər.
Məktəblilər Avropa ölkələrinin tarixi, milli-mənəvi dəyərləri, eyni zamanda, Azərbaycanın mədəniyyət və adət-ənənələri barədə məlumatları həmyaşıdları ilə bölüşürlər. İstedadlı şagirdlərin ifasında milli musiqimizdən incilər səsləndirilir, rəqs kollektivləri milli rəqslərimizlə yanaşı, Avropa ölkələrinin musiqi nömrələrini də ifa edirlər.
Həmçinin bir çox məktəblər əməkdaşlıq etdikləri Avropa ölkələrinin məktəbləri ilə “Skayp” proqramı vasitəsilə əlaqə yaradaraq “Açıq dərslər” keçirirlər. Bu da şagirdlər arasında qardaşlıq və dostluq əlaqələrinin inkişaf etdirilməsində, xalqlarımız arasındakı münasibətlərdə yeni səhifə açılmasında mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, qardaşlaşmış ölkələrin məktəblilərinin bir-birini daha yaxından tanıması və əməkdaşlığın daha da güclənməsi baxımından bu cür dərslərin keçirilməsinin mühüm rolu var.
Qeyd edək ki, “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu, Avropa Olimpiya Komitəsinin maliyyə dəstəyi, həmçinin Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalı Əməliyyat Komitəsinin təşkilatçılığı ilə həyata keçirilir. Proqram çərçivəsində XV Avropa Gənclər Olimpiya Festivalının keçirilməsi 2019-cu ilin 20-28 iyul tarixlərini əhatə edəcək.
Xəbər lenti
Hamısına baxDünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16

