Milli Məclisin deputatları Səbail rayonundakı 189-190 nömrəli tam orta məktəbdə olublar
17.04.2019 [09:56]
Aprelin 16-da Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Aydın Mirzəzadə və Kamilə Əliyeva Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü və YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Səbail rayonunda yerləşən 189-190 nömrəli tam orta məktəbin qonağı olublar.
YAP Səbail rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, deputatlar məktəbdə mövcud təlim-təhsil şəraiti ilə, yaradılan mənəvi-psixoloji mühitlə tanış olub, sinif otaqlarını gəzib, müxtəlif yaş qrupundan olan şagirdlərlə fikir mübadiləsi aparıblar. Onlar müəllim-şagird münasibətləri, tədrisin keyfiyyəti, şagirdlərə göstərilən psixoloji xidmət, tədris kurrikulumlarının müasir tələblərə uyğunluğu haqqında şagirdlərin fikirlərini öyrəniblər.
Sonra məktəbin Heydər Əliyev Muzeyi zalında yuxarı sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa təşkil olunub. Dəyirmi masada məktəblilərlə səmimi fikir mübadiləsi aparılıb. Xüsusilə son dövrdə narahatlıq doğuran bəzi xoşagəlməz hadisələrin obyektiv və subyektiv səbəbləri, problemin həlli imkanları müzakirə edilib. Deputatlar şagirdlərin dərsləri və məktəbdənkənar vaxtlarının necə təşkil olunması ilə maraqlanıblar.
Məktəbin direktoru Ceyran Kuliyeva son illərdə Təhsil Nazirliyi tərəfindən bu sahəyə xüsusi önəm verilməsindən, müxtəlif tədbirlərin, müsabiqə və yarışların, eyni zamanda, yüksək səviyyəli “Oxu günləri”nin təşkili barədə məlumat verib. Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə həm məktəbin, həm də uşaqların öz təşəbbüsləri ilə keçirilən tədbirlər barədə danışılıb.
Deputatlar şagirdlərə sosial şəbəkələrdən məqsədyönlü istifadə etmələri, cəmiyyətdə baş verən hadisələrə düzgün və düşünülmüş münasibət bildirmək bacarığına yiyələnmələri ilə bağlı tövsiyələr veriblər. Onlar məktəblilərin ölkəmizdəki təhsil sistemi, gənclər siyasəti, sağlam həyat tərzinin təşkili və idmanla məşğul olan gənclərin dəstəklənməsi imkanları barədə suallarını cavablandırıblar.
Milli Məclisin deputatları məktəbin psixoloqu, direktor müavinləri və müəllimləri ilə görüşüb, şagirdlərlə aparılan psixoloji təlimin səviyyəsi, məktəblilərin ümumi psixoloji vəziyyəti, şagirdlərə göstərilən psixoloji dəstəyin təşkili səviyyəsi ilə maraqlanıblar.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

