Naxçıvanda növbəti “Kətə” festivalı keçirilir
17.04.2019 [09:45]
Aprelin 16-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Kətə” festivalı keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, aparıcılar festival iştirakçılarına naxçıvanlıların daha çox yaz mövsümündə hazırladıqları kətə növləri haqqında məlumat veriblər. Qeyd olunub ki, xalqımızın qədim kulinariya mədəniyyətində mühüm yer tutan xəmir yeməkləri içərisində kətə məxsusi dadı ilə seçilir. Keçmiş dövrlərdən bu günə qədər Naxçıvanda bişirilən qarışıq göyərti, şomu, çiriş, gicitkən, mərəçüyüd, balqabaq, mərcimək, cəviz kətələri, halvalı kətə, şirin kətə, döymə kətə çox məşhur olub. Yazın ilk aylarında yeyilə bilən yabanı bitkilərdən hazırlanan kətə çeşidləri Naxçıvan mətbəxində xüsusi yerə malikdir. Muxtar respublikanın iqlim şəraiti burada müxtəlif minerallar və vitaminlərlə zəngin olan və yeyilə bilən yabanı bitkilərin yayılmasına imkan verir. Belə bitkilərdən hazırlanan kətə də insan orqanizmi üçün faydalıdır.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərov çıxış edərək iştirakçılara muxtar respublikamızda bişirilən kətə növləri, onların insan orqanizminə faydaları barədə ətraflı məlumat verib.
Festivala gələnlər müxtəlif çeşiddə kətələrin hazırlanması və süfrəyə təqdim olunmasını canlı olaraq izləmək, təndirdə bişmiş kətə çeşidlərinin dadına baxmaq imkanı əldə ediblər.
Qeyd edək ki, tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin, Mahnı və Rəqs Ansamblının bir-birindən maraqlı çıxışları iştirakçılarda xoş ovqat yaradıb. Naxçıvan Musiqi Kollecinin tələbələrinin ifasında göstərilən “Yazın ritmi” adlı fləşmob həm yerli sakinlər, həm də xarici qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Tədbirdə ağac üzərində oyma, xalçaçılıq, dulusçuluq, papaqçılıq nümunələri, duzdan, müxtəlif göyərti növlərindən hazırlanan əl işləri də nümayiş olunur.
17 ictimai iaşə obyektinin və 183 fiziki şəxsin iştirak etdiyi festival aprelin 17-də başa çatacaq. Muxtar respublikanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, AMEA Naxçıvan Bölməsi, şəhər və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə keçirilən festivalın sonunda “Ən dadlı kətə” nominasiyası üzrə müsabiqənin qalibləri elan olunacaq. Nümayiş olunan məhsullar görünüşünə, çeşid müxtəlifliyi və dadına görə münsiflər tərəfindən seçiləcək, festivalın qalibi, ikinci və üçüncü yerlərin sahibləri müəyyənləşəcək, onlara diplomlar təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

