“Məhkəmə islahatlarında yeni mərhələ” mövzusunda brifinq keçirilib
12.04.2019 [09:49]
Aprelin 11-də Ədliyyə Nazirliyinin və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında “Məhkəmə islahatlarında yeni mərhələ” mövzusunda brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının, Vəkillər Kollegiyasının və Mətbuat Şurasının rəhbər şəxsləri, hakimlər və digər hüquqşünaslar, Milli Məclisin deputatları, vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova və Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı bu sahədə islahatların yeni mərhələdə müasir çağırışlara uyğun və sistemli həyata keçirilməsinə rəvac verib. Ədliyyə və məhkəmə sistemi üçün mühüm “yol xəritəsi” olan Fərmanın Ədliyyə Nazirliyi tərəfindən təxirəsalınmadan icrasına başlanılıb. Həmçinin bu mühüm sənədin müstəsna əhəmiyyəti barədə ardıcıl maarifləndirmə tədbirləri, ictimai müzakirələr davam etdirilir.
Tədbirdə dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının əhəmiyyəti barədə geniş ictimai müzakirələrin aparıldığı vurğulanıb. Bu tədbirin Fərmanın mahiyyətinin və istiqamətlərinin əhaliyə daha dolğun və ətraflı çatdırılmasında önəmi qeyd olunub.
Sonra nazirliyin təşkilat-nəzarət baş idarəsinin rəisi Elçin Qasımov, qanunvericilik baş idarəsinin rəisi Adil Əliyev, nazirliyin icra baş idarəsinin rəisi, baş icra məmuru Nurəddin Mustafayev, informasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə, Məhkəmə-Hüquq Şurasının aparat rəhbəri Cavid Hüseynov, Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən Elçin Xələfov, Nərimanov Rayon Məhkəməsinin sədri Tofiq Paşayev, Vəkillər Kollegiyasının aparat rəhbəri Fərhad Nəcəfov və digər aidiyyəti qurumların rəhbərləri çıxış edərək məhkəmə-hüquq sistemində aparılan islahatlar və bu islahatların dərinləşməsində Fərmanın müstəsna əhəmiyyəti, qanunvericilik və institusional yeniliklər, alternativ mexanizmlərin təşviqi, vəkilliyin fəaliyyətinin gücləndirilməsi və digər məsələlərdən danışıblar.
Brifinqdə Fərmana əsasən, Ədliyyə Nazirliyinin üzərinə düşən bir sıra mühüm vəzifələrə toxunulub. Bu baxımdan ədliyyə və məhkəmə fəaliyyəti, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yeni qanun layihələrinin hazırlanması, Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsi, “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemlərinin geniş tətbiqi, mediasiya institutunun və beynəlxalq arbitraj prosedurlarının təşviqi, icra və ekspertiza fəaliyyətinin alternativ mexanizmlərinin tətbiqi təcrübəsinin öyrənilməsi ilə bağlı tədbirlərin görülməsi vurğulanıb.
Çıxışlarda dövlətimizin başçısının Fərmanının vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin daha etibarlı təmin olunmasına, ədalət mühakiməsinə ictimai etimadın yüksəlməsinə xidmət etdiyi qeyd olunub. Eləcə də bu mühüm sənədin vaxtında və dürüst icrasının məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsinə, məhkəmələrə kənar müdaxilələrin qarşısının alınmasına, qeyri-prosessual münasibətlərin, süründürməçiliyin və digər neqativ halların yolverilməzliyinin, məhkəmə qərarlarının ədalətliliyinin və vaxtında tam icrasının təmin olunmasına, şəffaflığın artırılmasına, hakimlərin iş yükünün azalmasına, işlərə baxılmasının keyfiyyətinin yüksəlməsinə, əhaliyə daha çevik, asan və alternativ xidmətlərin göstərilməsinə imkan yaradacağı bildirilib.
Sonra sual-cavab sessiyası keçirilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin yekununda Nərimanov Rayon Məhkəməsinin müasir binası və “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə tanışlıq olub, media-tur təşkil edilib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

