Azercell-in dəstəyi ilə “Onbranch” startapı “Seedstars World” müsabiqəsində iştirak edib
10.04.2019 [09:14]
“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi daha bir beynəlxalq tədbirə qatılıb. 2018-ci ildə ölkəmizdə keçirilən “Seedstars World” müsabiqəsinin qalibi “Onbranch” startapı ilə birlikdə mərkəz “Seedstars Sammiti”ndə iştirak edib. İsveçrənin Lozanna şəhərində baş tutan tədbirdə 75 ölkədən startap komandaları, hökumət nümayəndələri, investorlar, yaradıcı insanlar, həmçinin nüfuzlu şirkətlərin mentorları iştirak edib. Maliyyə, səhiyyə, təhsil, kənd təsərrüfatı və enerji sahələrində mövcud olan qlobal problemləri həll etmək məqsədilə keçirilən sammitdə Afrika, Latin Amerikası, Asiya, Şərqi Avropa və Orta Şərqi təmsil edən 64 ən uğurlu startap layihəsi 500000 ABŞ dolları dəyərində sərmayə yatırımı qazanmaq uğrunda mübarizə aparıb. Nəticədə, Argentinanı təmsil edən “Blended” startapı “Seedstars Sammiti”nin qalibi seçilib.
Məlumat üçün bildirək ki, “Seedstars World” regional məsələlərin həllini hədəfləyən, onların regional bizneslərinə və inkişafına dəstək vermək məqsədilə qlobal bazar üçün gəlirli və davamlı məhsullar hazırlayan bacarıqlı startaplar axtarışındadır. Tədbirin keçirilməsində məqsəd inkişaf etməkdə olan ölkələrdə mövcud olan, xüsusilə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun həllər istiqamətində fəaliyyət göstərən sahibkarları üzə çıxarmaqdır.
Qeyd edək ki, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan startapları dəstəkləyərək onların müstəqil şirkət kimi inkişaf etməsinə kömək edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi İsveçrənin “Seedstars” şirkəti ilə yaxından tərəfdaşlıq edir və 6 ildir ki, “Seedstars Baku” müsabiqəsinin yerli təşkilatçısıdır.
Fəaliyyətinin 10 illiyini qeyd edəcək Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azercell və PAŞA Bankın dəstəyi ilə Azərbaycanda sahibkarlıq ekosisteminin inkişaf etdirilməsi istiqamətində bir sıra uğurlara imza atıb. Ölkənin ilk biznes inkubatoru olan mərkəz startapların inkişafının hər bir mərhələsində onlarla işləyir, uğur qazanmaq üçün lazım olan vəsaitlər, resurslar və biliklərlə təmin edir.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

