/ / Karl Kulessa: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bizim etibarlı tərəfdaşımızdır
Karl Kulessa: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bizim etibarlı tərəfdaşımızdır
03.04.2019 [09:41]
Aprelin 2-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova BMT-nin Əhali Fondunun Türkiyədəki nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru Karl Kulessa və BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayev ilə görüşüb. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Komitə sədri Hicran Hüseynova BMT-nin Əhali Fondu ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasında qadın hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmini və digər mühüm sahələr üzrə həyata keçirilən layihələrin müsbət nəticələri və davamlı olmasının əhəmiyyətini qeyd edib. O bildirib ki, fəal ikitərəfli əməkdaşlıq səviyyəsinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm işlər davam etdirilməkdədir.
Hicran Hüseynova əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinin, dayanıqlı iqtisadi inkişafa nail olunmasının, bütün sahələrdə gender bərabərliyinin təmin edilməsinin Azərbaycan hökumətinin daim diqqətində olduğunu vurğulayıb. Komitə sədri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində bu gün ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm addımların atıldığını qeyd edib. O, qadınların işgüzar və intellektual potensialından səmərəli istifadə edilməsi, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, sahibkarlığın inkişafı kimi prioritet məqsədlərin reallaşmasının əhəmiyyətini vurğulayıb: “Gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların və qızların imkanlarının genişləndirilməsi bizim əsas hədəflərimizdəndir”. O, eyni zamanda, ölkə qarşısında BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi kimi çox mühüm bir öhdəliyin olduğunu deyib.
Komitə sədri məişət zorakılığı ilə mübarizə sahəsində görülən tədbirlər, bölgələrdə yaradılan monitorinq qruplarının fəaliyyəti barədə də qonaqları ətraflı məlumatlandırıb. O, eyni zamanda, digər dövlət qurumlarının da öz fəaliyyətlərində qadın amilinə önəm verdiklərini bildirib.
BMT-nin Əhali Fondunun Türkiyədəki nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru Karl Kulessa deyib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bizim vacib və etibarlı tərəfdaşımızdır. Biz əməkdaşlıq çərçivəsində uğurlu layihələrə imza atmışıq. O, Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq istiqamətində aparılan işlərin səviyyəsini yüksək qiymətləndirib. Xüsusən də Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə adlı layihənin icrasının əhəmiyyətini qeyd edib. Bildirib ki, layihənin məqsədi gender əsaslı zorakılıqla mübarizədə səmərəli istiqamətləndirmə və cavab mexanizminin yaradılmasına dəstək verməkdir.
Karl Kulessa bu il BMT-nin Əhali Fondu tarixində iki əlamətdar hadisənin - Fondun yaradılmasının 50 illik və Azərbaycandakı fəaliyyətinin 25 illik yubileylərinin qeyd olunacağını diqqətə çatdırıb.
BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayev cari il ərzində həyata keçiriləcək tədbir və layihələr barədə məlumat verib. O, BMT Əhali Fondunun bu sahələrdə Azərbaycanla əməkdaşlığı davam etdirməyə xüsusi önəm verdiyini deyib.
Görüşdə qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmini, həyata keçirilən müvafiq layihələrdə səmərəliliyin artırılması ilə bağlı müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

