“Nuhçıxan” İnformasiya Agentliyinin 1 illiyi ilə bağlı tədbir keçirilib
02.04.2019 [09:31]
Aprelin 1-də Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində “Nuhçıxan” İnformasiya Agentliyinin yaradılmasının 1 illiyi münasibətilə tədbir keçirilib. NUHÇIXAN xəbər verir ki, tədbirin aparıcıları qeyd ediblər ki, zəngin tarixə malik olan Naxçıvan teleradiosu yeni inkişaf mərhələsinə qədəm qoyub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən televiziya və radionun fəaliyyətinə yüksək səviyyəli şərait yaradılıb, onun cəmiyyət həyatına təsirinin daha da artmasına nail olmaq baxımından muxtar respublikada ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Kütləvi informasiya vasitələrinin inkişafına göstərilən qayğıdan yaranan və yaradılmasının 1 illiyini qeyd edən “Nuhçıxan” İnformasiya Agentliyi də bu tarixi prosesin davamıdır. “Nuhçıxan” Naxçıvan haqqında ilkin informasiyanı 3 dildə, veb və video xəbər olaraq öz izləyicilərinə çatdırır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun adından ötən 1 ildəki uğurlu fəaliyyətinə görə “Nuhçıxan” İnformasiya Agentliyinin kollektivinə təşəkkür edib. Ülvi Hüseynli qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 6 fevral tarixli Sərəncamına əsasən yaradılmış “Nuhçıxan” İnformasiya Agentliyinin fəaliyyətə başlaması ölkəmizin ictimai-mədəni həyatında əlamətdar hadisə idi.
Bildirilib ki, Ümummilli Liderimiz Heydər Əliyevin söz, fikir və mətbuat azadlığının təmin olunması sahəsində əsasını qoyduğu dövlət siyasəti bu gün ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün geniş imkanlar yaradılır. Mətbuat orqanlarına, teleradiolara olan hərtərəfli qayğının nəticəsidir ki, bu sahədə böyük keyfiyyət dəyişiklikləri yaranmış, informasiya-məlumatlandırma işi günün tələbləri səviyyəsində qurulmuş, muxtar respublikanın kütləvi informasiya vasitələri yeni inkişaf müstəvisinə çıxmışdır. Ülvi Hüseynli deyib ki, “Nuhçıxan” İnformasiya Agentliyinin yaradılması Naxçıvanın informasiya blokadasının yarılmasına, qədim diyarın müasir sosial-iqtisadi inkişafı, tarixi və turizm potensialı haqqında məlumatların geniş oxucu, tamaşaçı və dinləyici auditoriyasına çatdırılmasına imkan verib.
“Nuhçıxan” İnformasiya Agentliyinin baş redaktoru Səməd Canbaxşiyev tədbirdə çıxış edərək bildirib ki, “Nuhçıxan” İnformasiya Agentliyinin ötən bir il ərzində geniş oxucu kütləsinə təqdim etdiyi dəqiq və operativ xəbərlər, məlumatlar müasir jurnalistikanın tələblərinə uyğun şəkildə işlənərək çatdırılıb. İnternet saytının imkanlarından istifadə edilərək materiallar yazı, foto və video formatında hazırlandığı üçün oxucu və izləyicilərin diqqətini çəkməklə yanaşı, onlar üçün rahat və əlçatan olub.
Əməkdar jurnalist Qahirə Hüseynova tədbirdə çıxış edərək deyib ki, “Nuhçıxan” Naxçıvan Muxtar Respublikasının mətbuat tarixində informasiya blokadasının yarılmasında yeni bir tarixi mərhələnin başlanğıcını qoyub. Muxtar respublika ziyalıları, peşəkar və gənc jurnalistlər üçün əsl mənada yaradıcılıq tribunasına çevrilən “Nuhçıxan” informasiya agentliyinin saytında onların elmi, publisistik yazılarına geniş yer verilir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli deyib ki, müstəqillik illərində Naxçıvan Dövlət Televiziyası və Radiosu böyük inkişaf yolu keçib, teleradio müstəqil kanalda yayımlanmağa başlayıb. Müxtəlif illərdə teleradionun maddi-texniki bazası xeyli gücləndirilib, teleradionun binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib, müasir texniki avadanlıqlarla təchiz edilib.
Çıxışlardan sonra Naxçıvan teleradiosunun və “Nuhçıxan” İnformasiya Agentliyinin fəaliyyətindən bəhs edən videoçarx təqdim olunub.
Sonra işlərində fərqlənən əməkdaşlara, eləcə də agentliklə fəal əməkdaşlıq edən dövlət orqanlarının mətbuat xidmətlərinin rəhbərlərinə və informasiyaların sosial şəbəkələrdə yayılmasında fəallıq göstərən bir qrup gəncə fəxri fərman və hədiyyələr təqdim olunub.
Tədbirin bədii hissəsində televiziyanın “Nuhçıxan” xalq çalğı alətləri ansamblı konsert proqramı ilə çıxış edib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10

