Gürcüstan səfiri: UNEC-in əməkdaşlıq istiqamətində böyük potensialı var
02.04.2019 [09:26]
Gürcüstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
UNEC-in rektoru, professor Ədalət Muradovla görüşən diplomat dost və qonşu ölkələr olan Azərbaycanla Gürcüstan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdıraraq, hər iki ölkə arasında reallaşdırılan irimiqyaslı layihələrdən söz açıb. Azərbaycan universitetləri arasında ilk səfərini UNEC-ə etdiyini bildirən səfir, Gürcüstan ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivlərindən danışıb. Diplomat UNEC-in bu istiqamətdə böyük potensialı olduğunu diqqətə çatdırıb.
Rektor Ədalət Muradov səfirə Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan UNEC-də iqtisadyönümlü ixtisaslarla yanaşı, texniki və texnoloji ixtisasların da tədris olunduğu barədə məlumat verən rektor, universitetin İngiltərə, Fransa, İsveçrə və Litvanın qabaqcıl ali təhsil müəssisələri ilə bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramlarından bəhs edib. UNEC-in Türkiyə və Rusiyanın ali təhsil müəssisələri ilə geniş əməkdaşlıq etdiyini bidirən Ə.Muradov, bu istiqamətdə Gürcüstanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.
Rektor UNEC-in Zaqatala filialından da söz açıb. Filialın Gürcüstana yaxın ərazidə fəaliyyət göstərdiyinə toxunan rektor, Zaqatala filialında gürcü dilində də tədrisin mümkünlüyünü qeyd edib. UNEC-in Rusiya ərazisində lisenziya əsasında filialının fəaliyyət göstərdiyini deyən Ə.Muradov, Gürcüstan Respublikasında da filialın açılmasında maraqlı olduğunu vurğulayıb.
Görüşdə UNEC ilə Gürcüstanın ali təhsil müəssisələri arasında tələbə-müəllim mübadiləsi, birgə tədqiqatların aparılması, dərslik və kitabların çap etdirilməsi, konfrans və seminarların keçirilməsi istiqamətində müzakirələr aparılıb. Gürcüstanda təhsil alan tələbələrin UNEC-in ikili diplom proqramlarına qoşulmaq imkanları, universitetin Quba Tədris, İdman və İstirahət Kompleksində yay və qış məktəblərinin təşkili ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

