Akademik Telman Əliyev: UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik
20.03.2019 [10:59]
UNEC-də “Elm aylığı” çərçivəsində keçirilən növbəti müzakirə “İnformatika və idarəetmə elminin Azərbaycanda tarixi, vəziyyəti və perspektivi” mövzusunda olub.
Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun (İSİ) direktoru, akademik Telman Əliyev və universitetin professor-müəllim heyəti iştirak edib.
Prezident İlham Əliyevin Sərəncamı ilə ölkədə “Elm günü”nün təsis edilməsinin əhəmiyyətindən söz açan rektor Ədalət Muradov, fevral ayından UNEC-də “Elm aylığı”na start verildiyini diqqətə çatdırıb. “Elm aylığı” çərçivəsində ölkənin tanınmış alimləri ilə müxtəlif elm sahələrinə aid müzakirələrin aparıldığını bildirən rektor, akademik Telman Əliyevin dünya elminə verdiyi töhfələrdən söz açıb.
Rektor ölkədə intellektual potensialı olan gənclərin elmi tədqiqatlara cəlb olunmasının vacibliyini vurğulayaraq, elmi problemlərin həllində onların alternativinin olmadığını qeyd edib. Təhsil işçisi və elmi işçi arasında fərqlərdən danışan rektor, bu istiqamətdə problemin həllini alim və müəllim vəhdətinin yaradılmasında görüb. Sonra rektor auditoriya qarşısında “Bir şəxs həm alim, həm də müəllim ola bilərmi?” sualını qoyub.
Müasir dövrün bilik iqtisadiyyatına əsaslandığına diqqət çəkən akademik Telman Əliyev, UNEC-də iqtisadiyyatın inkişafına töhfə verə biləcək mütəxəssislərin hazırlandığını deyib. UNEC-i ölkə iqtisadiyyatının sütunu adlandıran akademik, son 5 ildə bu ali təhsil müəssisəsində yüksək inkişaf dinamikasını müşahidə etdiyini, yeni ali təhsil mexanizminin formalaşdığını vurğulayıb. O, UNEC-in mütərəqqi ideyalarla daha böyük uğurlara imza atacağına əminliyini ifadə edib.
Akademik informatika və idarəetmə elminin Azərbaycanda tarixi, vəziyyəti və perspektivləri barədə təqdimatla çıxış edib. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə informatika sahəsinin sürətlə inkişaf etdiyini diqqətə çatdıran alim, məhz Ümummilli Liderin diqqət və qayğısı sayəsində Azərbaycanın bu sahə üzrə dünyanın ən aparıcı ölkələrdən biri olduğunu vurğulayıb.
Sonra professor-müəllim heyəti təkliflərlə çıxış edib, onların sualları cavablandırılıb.
Sonda akademik Telman Əliyev UNEC-də keçirilən “Elm aylığı”nda “İnformatika və idarəetmə elminin Azərbaycanda tarixi, vəziyyəti və perspektivi” mövzusunda məruzəsinə görə Fəxri fərmanla təltif edilib.
Xəbər lenti
Hamısına baxDünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16

