“Nar” 2018-ci ilin yekunları ilə bağlı hesabatını açıqlayıb
14.03.2019 [09:33]
Azərbaycanın ən gənc mobil operatoru “Nar” 12 il ərzində əldə etdiyi nailiyyətlər və 2018-ci ilin yekunları ilə bağlı hesabatını açıqlayıb. Media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında çıxış edən “Azerfon”- un baş icraçı direktoru Qunnar Panke bildirib ki, mobil operator ötən il ərzində bir çox göstəricilər üzrə yüksək nailiyyətlər əldə edib.
Baza stansiyalarının sayını sürətlə artıran və hazırda ölkədə ən geniş şəbəkələrdən birinə malik olan “Nar” 2018-ci ildə 170 3G, 800-dən çox 4G baza stansiyası quraşdırıb. Bununla da 2018-ci il üçün planlaşdırılan 3G baza stansiyalarının sayı 2600-ü keçib, 4G baza stansiyalarının sayı isə 1700-ün üzərindədir. Aparılan şəbəkə işlərinin nəticəsi olaraq 47 bölgə “Nar” 4G şəbəkəsi ilə əhatə olunub. “Nar” 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində 4G internetinin trafik həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 68 % artıb. Mobil operatorun 4G istifadəçilərinin sayı 150% artaraq, 500 min nəfəri ötüb.
“Nar”-ın göstərdiyi yüksəkkeyfiyyətli xidmət və sərfəli qiymət sayəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə aktiv abunəçi bazası 13% artaraq, 2,2 milyondan çox olub. Abunəçi bazasının 56%-i paytaxt Bakının, 44%-i isə regionların payına düşür. “Nar” abunəçiləri arasında smartfon iştifadəçilərinin sayı son 1 il ərzində 27% artıb. Ümumilikdə, mobil operatorun abunəçiləri arasında smartfon iştifadəçilərinin 38%-i regionların, 62%-i isə Bakının payına düşür.
“Azerfon”-un baş icraçı direktoru Qunnar Panke 2018-ci il ərzində “Nar”-ın əldə etdiyi nailiyyətləri və 2018-ci ilin yekunlarını yüksək qiymətləndirib: “Nar” olaraq əsas hədəfimiz paytaxtla yanaşı, regionlarımızda da şəbəkəmizi daha da gücləndirməkdir. Bu il 700-dən artıq 4G baza stansiyası quraşdırmağı hədəfləmişik. Bütün ölkə boyunca şəbəkəmizi gücləndirməklə, abunəçilərimizin tələblərinə uyğun məhsullar təklif etməklə bazarda payımızı 22% artırmağa nail olmuşuq”.
“Nar” ötən il ərzində satış üzrə də yüksək nailiyyətlər əldə edib. 2017-ci il ilə müqayisədə satış üzrə 17% artım müşahidə olunub. Mobil operator pərakəndə satış üzrə 22%, səyyar satış komanadasının yaradılması ilə ucqar kənd və ərazilərdə 171% artıma nail olub. Biznes tərəfdaşlarının sayını ildən-ilə sürətlə artıran mobil operator il ərzində 570-dən çox yeni korporativ şirkət cəlb edib.
“Nar”-ın müştərilərə göstərdiyi yüksəkkeyfiyyətli xidmət sayəsində müştəri məmnuniyyətində sürətli artım müşahidə olunub. Müstəqil araşdırma şirkətləri tərəfindən aparılan bir neçə sorğunun nəticəsinə əsasən, son 1 il ərzində “Nar” müştəri loyallığı indeksi üzrə 45% artım qeydə alınıb. Bundan başqa, son 1 il ərzində mobil internet məmnuniyyət göstəricisi üzrə 16% yüksəliş qeydə alınıb. Abunəçilərin fikrinə əsasən, “Nar” mobil internet sahəsində liderdir.
2018-ci il ərzində mobil operatorun təqdim etdiyi məhsullarla - “Nar TV”, “Nar MiFi”, “Nar Wi-Fi” ilə abunəçilər innovativ xidmətlərdən yararlanmaqla yanaşı, sərfəli qiymətə yüksəksürətli internetə çıxış əldə edib, xaricə səyahətə çıxan abunəçilər üçün yeni sərfəli rominq paketləri təqdim edib. Bundan başqa, mobil operatorun təqdim etdiyi “Full” paketləri ilə abunəçilər ay ərzində topladıqları bonusları növbəti aylara keçirir və qalıq bonusların dəyişdirilməsi funksiyasından - “Çevir” xidmətindən yararlana bilirlər.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

