/ / ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
08.03.2019 [09:19]
Azərbaycana səfər edən ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvlərindən ibarət nümayəndə heyəti martın 7-də Qubada olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ABŞ-ın “Etnik Anlaşma Fondu”nun yaradıcısı və rəhbəri ravvin Mark Şnayerin və “İqls Vinqs” yevangelik təşkilatının icraçı direktoru, yepiskop Robert Störnsün rəhbərlik etdikləri nümayəndə heyəti ilə Quba Rayon İcra Hakimiyyətində görüş keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib. Bildirilib ki, ölkəmizdə milli və dini azlıqların hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir. Azərbaycan dövləti əhalisinin çoxmillətli olmasını özünün tarixi nailiyyəti hesab edir və milli-mədəni rəngarəngliyi cəmiyyətin zənginliyinə xidmət edən amil kimi dəyərləndirir.
Nümayəndə heyətinin üzvləri öz növbəsində, dövlətimizin dini konfessiyalar üçün yaratdığı şəraiti yüksək qiymətləndiriblər.
Görüşdən sonra nümayəndə heyəti Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədəki “Giləki” sinaqoqu ilə yaxından tanış olublar. Qonaqların diqqətinə çatdırılıb ki, buradakı yəhudilər uzun illərdir azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi XVIII əsrin ortalarına təsadüf edir. Quba xanlığına Fətəli xanın rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər buraya köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan artıq sinaqoq inşa olunub. Qırmızı qəsəbədə yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.
Qırmızı qəsəbədə yəhudi və müsəlman dini icma üzvləri ilə görüşdə nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, Azərbaycan müxtəlif xalqların mehriban şəraitdə yaşadığı multikultural ölkədir. Etnik qruplar bütün bölgələrdə yığcam şəkildə yaşayırlar. Azərbaycanda qədimdən məskunlaşan ləzgi, tat, talış, udi, avar, xınalıq və digər çoxsaylı etnik qruplar dövlətin qayğı və himayəsini daim öz üzərlərində hiss edirlər.
ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
ABŞ-ın “Etnik Anlaşma Fondu”nun yaradıcısı və rəhbəri ravvin Mark Şnayer jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan tolerantlıq sahəsində dünyaya nümunə olacaq ölkələrdən biridir.
“Biz müxtəlif dinlərin nümayəndələri olsaq da, birgəyaşayış modelini qorumalıyıq. Bu sahədə Azərbaycan modeli təbliğ olunmalıdır. Buradakı birgəyaşayış nümunəsi bizi birləşdirməlidir. Bu gün Azərbaycan multikulturalizm sahəsində bütün dünya miqyasında liderliyini qoruyub saxlayır. Azərbaycan etnik və dini azlıqlar arasında dialoq sahəsində hamıdan çox çalışır. Bunu Qubaya mənimlə birgə gələn xristian dostlarım da görüblər və onlar da bildirirlər ki, bu nümunə təbliğ olunmalıdır”, - deyə Mark Şnayer müsahibəsində qeyd edib.
Ziyarətçilər Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıb, soyqırımı qurbanlarının xatirəsinə dualar oxuyublar.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

