Azərbaycanın tərcümə tarixinə həsr olunan elmi konfrans
06.03.2019 [13:56]
Martın 5-də Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzində “Azərbaycan tərcümə tarixi” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Mərkəzin direktoru Cihan Özdəmir xalqların tərcümə tarixinin öyrənilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, tərcümə tarixinin tədqiqi tərcümə edilən zaman müvafiq ölkənin digər dövlətlərlə və millətlərlə mədəni, iqtisadi, siyasi əlaqələrinin səviyyəsini müəyyənləşdirməyə imkan yaradır.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu iştirakçılara Azərbaycan tərcümə tarixi haqqında ətraflı məlumat verib. Bildirib ki, tərcümənin tarixi qədimdir. Tərcümə xalqların bir-birinə münasibətindən doğur. Azərbaycanda tərcümə tarixini üzün müddət ruslarla bağlayaraq, bu tarixin başlanğıcını Abbasqulu ağa Bakıxanovun İvan Krılovun “Eşşək və bülbül” təmsilinin tərcüməsindən götürürdülər.
Akademik Möhsün Nağısoylu deyib: “Sonralar mən araşdırmalar nəticəsində müəyyən etdim ki, Azərbaycanda tərcümənin tarixi müqəddəs kitabımız “Qurani-Kərim”lə bağlıdır. Tərcümə millətlərarası münasibətlərin nəticəsi kimi meydana çıxır. Azərbaycanda da ərəb istilalarından və İslam dini qəbul olunandan sonra “Qurani-Kərim”in tərcüməsinə ehtiyac duyuldu və tərcümələrə başlanıldı”.
Alim bildirib ki, oğuzların ana kitabı olan “Kitabi-Dədə Qorqud”da “Qurani-Kərim”in İxlas surəsinin bədii tərcüməsi var. Ölkəmizdə “Kitabi-Dədə Qorqud”un 1999-cu ildə 1300 illiyinin qeyd edildiyini nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanda tərcümə tarixinin 1300-dən çox yaşı var.
Möhsün Nağısoylu məruzəsində müxtəlif əsrlərdə Azərbaycan tərcümə tarixinə ümumi nəzər salıb, tərcümə edilən əsərlər və müəlliflər haqqında məlumat verib. Diqqətə çatdırıb ki, tərcümə həm də söz yaradıcılığıdır, dili zənginləşdirir. Tərcümə, eyni zamanda, milli ədəbiyyatın bir qoludur. “Tarixi tərcümələrə diqqət yetirsək görərik ki, onlar müasir tərcümələrdən tamamilə fərqlənir. Tərcümələr edilərkən müəllif ona öz zəkasını qoyurdu, ona görə də tərcümə olunan əsərə yeni bir nəfəs gəlirdi”.
Konfrans müzakirələrlə davam edib.
Professor Möhsün Nağısoylu iştirakçıların suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

