/ / “Azərbaycanın qadın şairlərinin şeirləri: səkkiz əsrlik ədəbiyyat (1200-1991)” kitabı təqdim olunub
“Azərbaycanın qadın şairlərinin şeirləri: səkkiz əsrlik ədəbiyyat (1200-1991)” kitabı təqdim olunub
07.03.2019 [10:21]
Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə İtaliyada yerli dildə nəşr edilmiş “Azərbaycanın qadın şairlərinin şeirləri: səkkiz əsrlik ədəbiyyat (1200-1991)” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabda tarixən ədəbiyyatımızda humanizmin yaranması və inkişafında mühüm rolu olan, poeziyamıza dəyərli töhfələr və ölməz sənət əsərləri bəxş edən qadın şairlərin zəngin ədəbi irsinə istinad edilib.
Tədbirdə çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla Azərbaycanın multikultural dövlət kimi dünyada ad qazandığını qeyd edərək deyib: “Azərbaycan multikulturalizmi” fənni dünyanın bir çox universitetlərində tədris edilir. Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biri kimi tanınır. Azərbaycan multikulturalizmi, eyni zamanda, xalqımızın mədəniyyətinin, ədəbiyyatının, tarixinin, mənəvi dəyərlərinin təbliği və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Milan Universiteti kimi auditoriyadan son dərəcə səmərəli istifadə etməyi bacaracağımıza inanıram”.
Kamal Abdulla kitabın nəşrində əməyi olan hər kəsə təşəkkürünü bildirib: “Bu, bizim yalnız italyandilli tələbələrimizə deyil, həmçinin bütün tələbələrimizə böyük hədiyyədir”.
Fondun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun yaranması, fəaliyyəti və məqsədi haqqında məlumat verib. O, Azərbaycanın qadın şairlərinin yaradıcılığından danışıb, kitabın nəşri ideyası və prosesi ilə bağlı məqamları diqqətə çatdırıb. Bildirib ki, kitabda yaradıcılığına yer ayrılan şairələrin əksəriyyəti Azərbaycanın tarixi torpağı olan Qarabağda yaşayıb-yaradıb.
İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr Komissiyasının sədr müavini Paolo Qrimoldi ölkəmizin zəngin mədəniyyəti, o cümlədən ədəbiyyatı barədə danışıb. Azərbaycanda qadınların cəmiyyətdəki önəmli rolunun şahidi olduğunu deyən italiyalı deputat təqdim edilən kitabı bunun bariz nümunəsi kimi dəyərləndirib.
“Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti Azərbaycan haqqında kitabların, azərbaycanlı müəlliflərin italyan dilinə tərcümə edilən əsərlərinin nəşrindən danışıb. O, Azərbaycan, ümumilikdə, türk mədəniyyətinə rəğbət bəslədiyini vurğulayıb. Təqdim olunan kitabın nəşr edilməsində məqsədin Azərbaycanın zəngin ədəbiyyatı və ədəbiyyata qadınların verdiyi töhfələri italyan oxucusuna çatdırmaq olduğunu deyib.
Tədbirdə “Azərbaycan şeirinin qadın ruhu” sənədli filmi nümayiş olunub.
Azərbaycanın Xalq artisti Mehriban Zəkinin ifasında kitabdakı bir sıra şeirlər bədii-musiqili kompozisiya formatında təqdim edilib.
ADU-nun italyan dili ixtisası üzrə təhsil alan tələbələri Məhsəti Gəncəvinin, Natəvanın, Nigar Rəfibəylinin kitabda yer alan şeirlərini italyan dilində səsləndiriblər.
Təqdimat mərasimində Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, İtaliya nümayəndə heyəti və ictimai-siyasi xadimlər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

