Maştağa qəsəbəsi sakinlərinin problemləri dinlənilib
05.03.2019 [09:53]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Sabunçu rayonu, Maştağa qəsəbəsinin sakinləri ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüş sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunub.
Görüşdə çıxış edən Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi sakinlərlə ilk görüşünü məhz böyük tarixə malik Maştağa qəsəbəsində keçirdiyini bildirib.
Bu gün paytaxtımızın sürətlə inkişaf etdiyini, onun müasir görkəm aldığını vurğulayan icra hakimiyyətinin başçısı bildirib ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamların, qəbul olunmuş Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində Bakı şəhəri və onun qəsəbələrində xeyli sayda yeni məktəb, uşaq bağçası, tibb müəssisələri tikilib, köhnələri əsaslı təmir olunub. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən “Abad məhəllə” layihəsi çərçivəsində son 6 ay ərzində 50-dən çox məhəllə əsaslı təmir olunub və bu işlər hazırda da davam etdirilir. Həmçinin paytaxtımızdakı çoxmənzilli binaların dam örtükləri, girişləri, fasadları əsaslı təmir olunur. “Dövlətimizin başçısı qarşıya paytaxtın qəsəbələrinin də daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq qoyub. Prezident İlham Əliyevin tapşırığı əsasında Bakı şəhəri və onun qəsəbələrinin inkişafı ilə bağlı xüsusi proqram hazırlanır”, - deyə icra başçısı vurğulayıb.
Azərbaycan Prezidenti tərəfindən əhalinin sosial təminatının gücləndirilməsi, həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində imzalanan yeni fərman və sərəncamlar barədə danışan icra başçısı bildirib ki, dövlətimizin başçısının həyata keçirdiyi sosial siyasətin, bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amili dayanır.
Sonra Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Şamil Alıyev qəsəbədə görülmüş işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Qeyd edib ki, dövlətimizin başçısının düşünülmüş siyasəti sayəsində Azərbaycan sürətlə inkişaf edir, yeni sənaye sahələri yaradılır, insanların rifah halı gündən-günə yaxşılaşır.
Maştağanın Sabunçu rayonunun ən böyük qəsəbələrindən biri olduğunu bildirən Şamil Alıyev buradakı mövcud infrastruktur obyektləri, tarixi abidələr barədə ətraflı məlumat verib. Bildirib ki, son illər bütün ölkə ərazisində olduğu kimi, qəsəbədə də təhsil, səhiyyə, sənaye və digər sahələrdə mühüm nailiyyətlər əldə edilib.
“Açıq mikrofon” formatında sakinlərin böyük fəallığı ilə keçən görüşdə çıxış edən maştağalılar Bakı şəhərində, eyni zamanda, Maştağa qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa dəstək ifadə ediblər.
Görüşdə 35 nəfər sakin çıxış edib, onları narahat edən məsələlər dinlənilib və müvafiq tapşırıqlar verilib.
Bu kimi görüşlərin digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

