Qaraçay-Çərkəz Respublikasında Qafqaz Xalqları Ali Dini Şurasının növbəti iclası keçirilib
28.02.2019 [16:49]
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə fevralın 27-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında səfərdə olub.
Bu barədə AZƏRTAC-a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Çerkesskə səfər çərçivəsində QMİ sədri A.Paşazadə Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov tərəfindən qəbul edilib. Görüşdə respublika rəhbəri Azərbaycana bu yaxınlarda etdiyi səfərin xoş təəssüratlarını bölüşüb.
Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezova çatdıran A.Paşazadə xalqlarımız arasında qarşılıqlı görüş və səfərlərin böyük önəm daşıdığını, ölkələrimiz arasında dostluq, qardaşlığın dərinləşməsinə, həyatın bütün sahələrində, o cümlədən iqtisadi və mədəni-mənəvi müstəvilərdə əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıb. Fevralın 26-da Azərbaycanda Xocalı soyqırımının 27-ci ildönümünün geniş şəkildə qeyd olunduğunu deyən A.Paşazadə XX əsrdə erməni ekstremistləri tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı cinayətinin dünyada tanıdılmasının vacibliyinə diqqət çəkib.
Qaraçay-Çərkəz Respublikasının başçısı R.Temrezov QMİ sədri A.Paşazadəni Şimali Qafqaz və Azərbaycan xalqları arasında sülhün möhkəmləndirilməsi, dinlərarası münasibətlərin inkişafı və dostluğun dərinləşdirilməsi işinə verdiyi şəxsi töhfələrinə görə “Qaraçay-Çərkəz Respublikası qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edib.
Şeyxülislam A.Paşazadə Çerkessk şəhərində sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) növbəti toplantısının keçirilməsi barədə R.Temrezova məlumat verib və bildirib ki, bu dəfəki toplantı Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Müftisi İsmayıl Berdiyevin anadan olmasının 65 illik yubileyinə həsr olunub. Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri İsmayıl Berdiyev görüşdə iştirak edib.
Daha sonra Çerkessk şəhərində QXADŞ-nın növbəti iclası keçirilib. İclasda QMİ sədri A.Paşazadə Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Müftisi İsmayıl Berdiyevi anadan olmasının 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib, bütün Qafqaz müsəlmanları, bölgə dindarları adından ona cansağlığı, uzun ömür və dəyərli fəaliyyətində yeni uğurlar arzulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yubilyara təbrik məktubunu oxuyan Şeyxülislam A.Paşazadə təbriknaməni müftiyə təqdim edib.
QXADŞ-nın üzvləri olan Şimali Qafqaz müftiləri adından Şimali Osetiya-Alaniya Müftisi Hacımurat Qatsalov, habelə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr çıxış edərək müfti İ.Berdiyevin dini lider və Əlaqələndirmə Mərkəzinin sədri qismində fəaliyyətini yüksək qiymətləndirib, ona gələcək işlərində uğurlar diləyiblər.
Azərbaycan nümayəndə heyətində təmsil olunan Milli Məclisin deputatı Hüseynbala Mirələmov müfti İsmayıl Berdiyevin Azərbaycan və Qaraçay-Çərkəz xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsi işinə verdiyi töhfələri hər iki xalqın yüksək dəyərləndirdiyini bildirib, yubilyara ümumqafqaz əhəmiyyətli fəaliyyətində yeni nailiyyətlər diləyib.
İclasda QXADŞ-nın bu ilin yanvarında Vladiqafqazda keçirilən toplantısından sonrakı dövrün hesabat məruzəsi ilə Şuranın sədri şeyxülislam A.Paşazadə çıxış edib.
Şuranın iclasında, həmçinin cari məsələlər, Qafqaz xalqlarının qarşılıqlı dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə edilib.
Qaraçay-Çərkəz Respublikasına səfərdə Azərbaycan nümayəndə heyəti tərkibində Milli Məclisin deputatları Hüseynbala Mirələmov, Cavanşir Paşazadə və Hikmət Məmmədov iştirak ediblər.
Səfər başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

