Şair-publisist Mədət Əyyuboğlunun 60 illiyi qeyd edilib
22.02.2019 [15:26]
Fevralın 22-də “Azərkitab” Kitab Mərkəzində şair-publisist Mədət Əyyuboğlunun 60 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində, həmçinin Əli Rza Xələflinin “Şair-publisist Mədət Əyyuboğlu” kitabının təqdimatı olub.
Tədbiri Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq yubilyarın ömür yoluna nəzər salıb. Bildirib ki, Mədət Əyyuboğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, sonralar bir sıra qəzet və jurnallarda çalışıb. Cavan yaşlarında mətbuat sahəsində məsul vəzifələrdə çalışıb. “O, hər şeydən əvvəl jurnalistdir, yazıçıdır, publisistdir, şairdir. Sözün əsl mənasında vətəndaşdır. O, çox saylı mükafatların sahibidir”, - deyə Ə.Amaşov qeyd edib.
Tanınmış şair və publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli bildirib ki, onun üçün iki obraz var. Birincisi, şair Mədət Əyyuboğlu, ikincisi də publisist Mədət Məmmədov və hər iki obraz bir-birini tamamlayır. Obrazlı nitq mənanı publisistikada da poeziyada olduğu kimi poetik bir əhvalla təqdim edir. Mədət Məmmədov yüksək dərəcədə mətbuatla iş təcrübəsinə malik publisist-jurnalistdir. Ancaq mətbuatla sıx əlaqə onun obrazlı nitqinə nə qədər müdaxilə etsə də, bu nitqin poetik strukturunu dağıda bilmir. M.Məmmədovun publisistik yazıları, essevari düşüncələri M.Əyyuboğlunun poeziyası kimi şirinliklə oxunur.
Tədbirdə BDU-nun jurnalistika fakültəsinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli və başqaları çıxış edərək yubilyarı təbrik edərək kitab barədə fikirlərini bölüşüblər. Qeyd edilib ki, Əli Rza Xələflinin “Şair-publisist Mədət Əyyuboğlu” kitabında tanınmış şair, ictimai xadim, mətbuat təşkilatçısı Mədət Əyyuboğlunun həyat və yaradıcılıq yolundan bəhs edən məqalələr, ədəbi düşüncələr, rəylər və mülahizələr toplanıb. Məqalələrdə şair Mədət Əyyuboğlunun şair-vətəndaş, şair-insan, şair-söz, şair-sənət prizmasından obrazı dolğun əksini tapır. Şairi narahat edən həyat-cəmiyyət problemləri, insan-dünya modelində görünən və görünməyən tərəflər - dərdlər, ağrılar işğal faciəsinin poetik ifadəsi kimi ədəbi tənqidin təhlil süzgəcindən keçirilir. Mədət Əyyuboğlunun əqidəli, prinsipial mövqeyi kitabda təqdim olunan publisist yazılarında, ədəbi-tənqidi qeydlərində, onun mətbuat və digər kütləvi informasiya vasitələri haqqında düşüncələrində də görünür. Kitab söz yanğısı ilə ömrünün kamillik çağlarını yaşayan şair, publisist, ictimai xadim Mədət Əyyuboğlunun oxucuların daha yaxından tanıması üçün dəyərli mənbədir.
Sonda Mətbuat Şurası tərəfindən yubilyara diplom təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

