“Heydər Əliyev və ədəbiyyat məsələləri” mövzusu tədqiqat müstəvisində
16.02.2019 [10:10]
Mənalı ömrünü öz xalqının, millətinin və bu xalqa məxsus Azərbaycan dövlətinin tərəqqisinə həsr etmiş Ulu öndər Heydər Əliyev həyatımızın bütün sahələrində, o cümlədən Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, təhsilinin, elminin, bütövlükdə dövlətimizin inkişafında və əbədiyaşarlığında əvəzsiz xidmətləri olmuş şəxsiyyət, dövlət qurucusudur. Ulu öndər Heydər Əliyevin dövləti idarəetmə prinsiplərinin gəncliyə öyrədilməsi işi sabahın qurucularının bu yöndə dünyagörüşünü genişləndirir, milli-mənəvi, əxlaqi tərbiyəsinin inkişafına ciddi təsir göstərir. Danılmaz faktdır ki, Heydər Əliyev fenomenal şəxsiyyət, fövqəlsiyasi təfəkkür sahibi, ictimai xadim, böyük mütəfəkkir kimi Azərbaycanımızın dünyanın aparıcı dövlətləri ilə bir sırada qərarlaşmasının mütləqliyini təmin etmişdir. O da fərəhlidir ki, Onun dövləti idarəetmə kursu, dövlətçiliyi inkişaf etdirmək taktika və strategiyası Prezident İlham Əliyev tərəfindən illərdir müvəffəqiyyətlə davam etdirilməkdədir.
Ulu öndər Heydər Əliyevin bizlərə yadigar qalmış irsinin gənclərə çatdırılması zərurəti bütün zamanlar üçün keçərlidir, Azərbaycan xalqı, Azərbaycan dövləti durduqca da öz vacibliyini saxlayacaqdır.
Ümummilli lider haqqında irili-xırdalı minlərlə əsər yazılıb, bundan sonra da yazılacaq. Bütün bunlar Azərbaycan xalqının öz böyük oğluna tükənməz məhəbbətinin, sonsuz rəğbətinin göstəricisidir.
Ayətxan Ziyad-İsgəndərovun yaxınlarda işıq üzü görmüş “Azərbaycan ədəbiyyatının, mədəniyyətinin... - dövlətinin hamisi” əsəri “Heydər Əliyev və ədəbiyyat məsələləri” mövzusunda qələmə alınan ikinci dərs vəsaitidir. Bu mövzu ilk dəfə 2007-ci ildə mənim tərəfimdən işlənmiş (“Heydər Əliyev və ədəbiyyat məsələləri”), 2008-ci ildən “seçmə fənn” qismində ADPU-nun filologiya fakültəsinin tələbələrinə tədris olunmağa başlanmışdır. Kitabda Azərbaycan şifahi xalq ədəbiyyatı, klassiklərimizdən N.Gəncəvi, İ.Nəsimi, M.F.Axundzadə, C.Məmmədquluzadə, M.Ə.Sabir və başqaları, dünya ədəbiyyatının görkəmli nümayəndələri, eləcə də Ümummilli liderin ədəbi-estetik görüşləri geniş şərh olunmuş, peşəkar ədəbiyyatşünas mövqeyindən qiymətləndirilərək tələbələrə çatdırılmışdır. Kitabda Ümummilli liderin ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri ilə görüşlərindən, onlara göstərdiyi diqqət və dövlət qayğısından xüsusi bəhs olunmuşdur.
A.Z.İsgəndərovun “Azərbaycan ədəbiyyatının, mədəniyyətinin... - dövlətinin hamisi” kitabı isə mövzusunun çoxşaxəliliyi ilə diqqət çəkir. Belə ki, xalqımızın böyük oğlu, dahi şəxsiyyət bu əsərdə müxtəlif rakurslardan təqdim edilmişdir: “Xalqının, dövlətinin qürur ünvanı olan BÖYÜK AZƏRBAYCANLI”, “Heydər Əliyev - azad düşüncənin və milli təfəkkürün təəssübkeşi”, “Azərbaycan - Heydər Əliyev əmanəti”, “Heydər Əliyev - ölkəsinin dövlətçilik “düsturunu” yazan siyasi xadim - dövlət başçısı”, “Təhsil və elm Azərbaycanın dövlət quruculuğu siyasətinin prioritet istiqamətlərindəndir”, “Tərcümeyi-hal insana şan-şöhrət gətirmir, insan tərcümeyi-halını şərəfləndirir, şöhrətləndirir”, “Heydər Əliyev öz əməlləri ilə ölümsüzlüyünü qazanıb”, “Varis”, “Allaha əmanət, Azərbaycan”. Mükəmməl süjet ətrafında birləşdirilmiş mövzular xalqımızın dahi oğlu haqqında yetərli bilgi vermək imkanındadır. O səbəbdən ki, ölkəmizdə müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əbədiliyinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına, Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin tərəqqisinə məhz Ulu öndər Heydər Əliyev müvəffəq olmuşdur. Heydər Əliyev mövzusu Azərbaycan xalqının mövcud olduğu bütün zamanların əbədi mövzusudur. Hər şeydən öncə ona görə ki, bu mükəmməlliyə yiyələnən hər kəs özündə həyata yeni mükəmməl baxış, xalqının milli-mənəvi dəyərlərini layiqincə qiymətləndirə bilmək keyfiyyəti, dövlətinə, torpağına sözün müstəqim mənasında vətəndaş münasibəti kimi müqəddəs duyğular formalaşdırmaq imkanı əldə edə bilir.
Xüsusi qeyd etməyi lazım bilirəm ki, Azərbaycan ədəbiyyatında və jurnalistikasında “Heydər Əliyev və Azərbaycanda dissident ədəbiyyatı” mövzusu (“Heydər Əliyev - azad düşüncənin və milli təfəkkürün təəssübkeşi” məqaləsi nəzərdə tutulur) ilk dəfə A.İsgəndərov tərəfindən qələmə alınıb. 2008-ci ildə öncə “Paritet” qəzetində (12 sütunda), Azərbaycan Universitetinin elmi məqalələr toplusu olan “İpək yolu” jurnalında və Azərbaycan Yazıçılar Birliyinin orqanı “Azərbaycan” jurnalında, eləcə də müəllifin 2010-cu ildə işıq üzü görmüş “Məndən sonra...” kitabının “Dahi” bölümündə nəşr olunmuşdur. Sonralar “Space” TV bu mövzuya davamlılıq gətirmişdir. Hansı ki, bu gün də zaman-zaman Azərbaycan teleradio məkanında (və mətbuatında) məqam-məqam tamaşaçılara (dinləyicilərə və oxuculara) bu mövzuda söhbətlər açılır.
Xatırlatmaq yerinə düşər ki, mənim müəllifi olduğum “Heydər Əliyev və ədəbiyyat məsələləri” kitabının elmi redaktorları akademik Rəfael Hüseynov və professor Buludxan Xəlilov, A.Z.İsgəndərov isə redaktoru olmuşlar. Proqramın tədrisinə verilən tələblərdən xəbərdar qələm sahibi kimi A.Z.İsgəndərov mövzuya özgə baxış-bucaqdan yanaşmış, dünya şöhrətli Azərbaycan siyasətçisinin ədəbiyyat, incəsənət və mədəniyyət, təhsil və elm sahələrinə, bu sahələrin xadimlərinə qayğı və himayəsindən, fövqəlzəka dövlət başçısı olmuş Heydər Əliyev fenomenindən fərqli tərzdə bəhs etmişdir. Bu mənada A.Ziyad-İsgəndərovun əsəri “Heydər Əliyev və ədəbiyyat məsələləri” mövzusunun davamı qismində də dəyərləndirilə bilər. Belə ki, təqdim olunan dərs vəsaiti “Heydər Əliyev və ədəbiyyat məsələləri” mövzusunun tədris imkanlarını artırmaq baxımından çox faydalıdır.
A.Ziyad-İsgəndərovun “Azərbaycan ədəbiyyatının, mədəniyyətinin... - dövlətinin hamisi” əsəri gənclərimizə milli-vətəndaşlıq qüruru, bütöv şəxsiyyət olmaq ləyaqəti aşılayır, milli-mədəni ideologiyanın, indiki qloballaşma zamanında milli-mənəvi dəyərlərin qorunub saxlanması işinə xidmət edir, gəncliyi həyata daha çevik təfəkkürlə, ayıq-sayıq baxmağa hazırlayır.
Tərlan Novruzov,
filologiya üzrə elmlər doktoru, professor, Əməkdar müəllim
Xəbər lenti
Hamısına baxDünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01

