/ / VII “Dünya Hökumət Sammiti çərçivəsində təşkil olunmuş Forumda “ASAN xidmət” haqqında məlumat verilib
VII “Dünya Hökumət Sammiti çərçivəsində təşkil olunmuş Forumda “ASAN xidmət” haqqında məlumat verilib
14.02.2019 [10:00]
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti VII “Dünya Hökumət Sammiti”ndə iştirak etmək məqsədilə Dubay şəhərinə səfər edib.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, sammit çərçivəsində “Dövlət Xidmətləri” mövzusunda təşkil olunmuş xüsusi Forumda agentliyin nümayəndə heyəti iştirak edib. Forum zamanı Prezident İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və bu islahatların tərkib hissəsi olan “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri, habelə elektron hökumət quruculuğu məsələləri barədə ətraflı məlumat verilib. Həmçinin davamlı inkişafın təmin edilməsi baxımından dövlət xidmətlərinin göstərilməsindəki irəliləyişlərin digər sahələrə də müsbət təsiri olduğu vurğulanıb.
Geniş müzakirələrlə davam edən tədbirə ABŞ, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Hindistan, Səudiyyə Ərəbistanı, Niderland kimi ölkələrin müvafiq sahə üzrə yüksəkvəzifəli nümayəndələri, beynəlxalq təşkilatlar, mülki cəmiyyət və özəl sektoru təmsil edən mütəxəssislər qatılıblar.
Tədbir çərçivəsində agentliyin sədri Ülvi Mehdiyev bir sıra dövlət rəsmiləri ilə görüşlər keçirib.
Mərakeş Krallığının inzibati idarəçilik və dövlət qulluğu naziri Mohammed Ben Abdelkader, Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviç, Uqanda Respublikasının ictimai xidmətlər üzrə dövlət naziri David Karubanqa, İndoneziya Respublikasının inzibati və bürokratik islahatlar nazirinin müavini Diah Natalisa ilə keçirilən görüşlərdə agentlik ilə müvafiq qurumlar arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində nəzərdə tutulmuş fəaliyyətlər barədə müzakirələr aparılıb.
Səfər zamanı BƏƏ-nin Nazirlər Kabinetinin baş katibi Abulla Bin Tuq və yerli icmaların inkişafı üzrə nazir Hessa Bin Essa Buhumaid ilə də ikitərəfli görüşlər keçirilib.
Görüşlər zamanı tərəflər arasında dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyalar sahəsindəki əməkdaşlıq perspektivləri müzakirə edilib.
Görüşlərin bir qismi agentliyin təşəbbüsü ilə Dubay şəhərində yeni fəaliyyətə başlamış “Azərbaycan Ticarət Evi”ndə keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32

