Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti jurnalistlər üçün növbəti təlim-seminar keçirib
11.02.2019 [17:20]
KİV təmsilçilərinin qatıldıqları budəfəki seminar-təlim "Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi" mövzusuna həsr olunub
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma" regional proqramı çərçivəsində 9-10 fevral tarixlərində Şabran rayonundakı Qalaaltı sanatoriyasında jurnalistlər üçün növbəti seminar-təlim keçirilib. Ölkəmizin aparıcı KİV-lərinin təmsilçilərinin qatıldıqları budəfəki seminar-təlim "Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi" mövzusuna həsr olunub.
İki gün davam edən təlimin açılış mərasimində çıxış edən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşı Şakir Səfərbəyov öncə "Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma" regional proqramının məqsəd və vəzifələri, həmçinin bu proqram çərçivəsində təşkil edilən seminarların əhəmiyyəti barədə ətraflı məlumat verib. Bu vaxta kimi GİZ tərəfindən jurnalistlər üçün "Mülkiyyət hüququnun müdafiəsi", "Media və uşaq hüquqları: uşaqlar haqqında informasiya hazırlanmasının şərtləri", "Gender hüququ: Gender balansın təşviq edilməsində medianın rolu", "İnformasiya əldə etmək hüququ", "Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi məsələləri", "Azərbaycanda İnzibati hüquq" və digər mövzularda seminarların təşkil edildiyini deyən Şakir Səfərbəyov, eyni zamanda, bir sıra mövzularla bağlı KİV təmsilçiləri üçün yazı müsabiqələrinin keçirildiyini də bildirib.
Təmsil etdiyi təşkilat seminarların mövzularını müəyyən edərkən jurnalistlərin də fikirlərini nəzərə aldığını deyən Şakir Səfərbəyov gələcəkdə də media nümayəndələrini maraqlandıran mövzularda təlim-seminarların davam etdiriləcəyini bildirib.
Sonra seminarın məruzəçisi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, vəkil Sahib Məmmədov "Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi" mövzusunda ətraflı məlumat verib. Sahib Məmmədov təlimin birinci günü əlillik, beynəlxalq və milli normalarda əks olunan anlayışlar, əlilliyin dərki, etiket və davranış qaydaları, əlilliyi olan şəxslərin hüquqları haqqında BMT Konvensiyası və milli qanunvericilik, əlilliyi olan şəxslərin əmək bazarına çıxışı və məşğulluqlarının təmin olunması istiqamətində məlumatları diqqətə çatdırıb. BMT-nin sözügedən Konvensiyasının qəbulunu şərtləndirən amillər haqqında danışan Sahib Məmmədov bildirib ki, dünya əhalisinin təqribən 650-800 milyon nəfəri və ya 10-12 faizi əlilliyi olan şəxslərdir. Qadınlar arasında olan əlillik isə kişilərə nisbətən daha çoxdur. Küçə uşaqlarının isə 30 faizdən çoxu əlildir. Maraqlıdır ki, inkişaf etməkdə olan ölkələrdə yaşayan əlilliyi olan uşaqların 90 faizi təhsil ala bilmir. Bütün əlilliyi olanların 368 milyon nəfəri əmək qabiliyyəti olsa da, onların 80 faizə qədəri işsizdir. O da qeyd edildi ki, ÜST-nin məlumatına görə, əlilliyin dörddə biri yaralanmaq və ya zorakılıq nəticəsində sonradan əldə edilir. Tədqiqatlara görə, əlilliyi olan uşaqlar öz sağlam həmyaşıdlarına nisbətən 1,7 dəfə daha çox zorakılıq qurbanı olurlar.
Eyni zamanda, təlimin mövzusuna aid sənədli film nümayiş olunub.
Təlimin ikinci günündə isə S.Məmmədov əlilliyi olan şəxslərin fundamental və sosial hüquqlarının təminatı, müyəssərlik və əlverişli mühit barədə media mənsublarına ətraflı məlumat verib. Günün sonunda təlim iştirakçıları əlilliyi olan şəxslər, o cümlədən əlilliyi olan uşaqlar mövzusunda kiçik esselər hazırlayıb və təqdim ediblər.
Qeyd edək ki, qarşılıqlı fikir mübadiləsi şəraitində keçən təlimin hər iki günündə jurnalistləri maraqlandıran suallar da ətraflı cavablandırılıb.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07

