UNEC-in Türk Dünyası İqtisad Fakültəsinə yeni dekan təyin olunub
12.02.2019 [09:31]
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinə (TUDİFAK) yeni dekan təyin olunub.
UNEC-in rektoru, professor Ədalət Muradov Türk Dünyası Araşdırmaları Vəqfinin sədri Közhan Yazgan və TUDİFAK-ın yeni türk dekanı, prof.dr. Hayati Beşirli ilə görüşüb.
UNEC-in ölkənin Türkiyə türkcəsində təhsil verən yeganə ali təhsil müəssisəsi olduğunu diqqətə çatdıran Ə.Muradov TUDİFAK-ın keyfiyyətli təhsil və tədrisi ilə hər zaman öndə olduğunu bildirib. Fakültədə yerli müəllimlərlə yanaşı, Türkiyədən dəvət olunan professorların tədrisə cəlb olunduğunu bildirən rektor yeni tədris ilində 8 gənc müəllimin də TUDİFAK-da pedaqoji fəaliyyətə başladığını vurğulayıb. Rektor UNEC-in beynəlxalq əlaqələri və ikili diplomlarından da söz açıb. UNEC-də Avropanın aparıcı universitetləri ilə bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramlarının reallaşdırıldığını bildirən Ə.Muradov Türkiyə universitetləri ilə də bu istiqamətdə əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayıb. Rektor gələcəkdə TUDİFAK bazasında türk dünyası üçün iqtisadçı kadrlar yetişdirən universitetin yaradılmasının UNEC-in strateji hədəfləri sırasında olduğunu deyib.
Hayati Beşirli Azərbaycanın ən böyük iqtisadyönümlü universitetində çalışacağından məmnunluğunu ifadə edərək, türk dilində yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanması, universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, tədrisin keyfiyyətinin daha da artırılması istiqamətində yeni nailiyyətlərə imza atılacağına əminliyini ifadə edib.
Görüşdə TUDİFAK-da Türkiyə universitetləri ilə əlaqələrin genişləndirilməsi, türk dilində dərsliklərin alınması və digər mövzularda fikir mübadiləsi aparılıb.
Sonda Ə.Muradov Hayati Beşirliyə UNEC-də yeni dekanlıq fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Hayati Beşirli Hacettepe Universitetinin sosiologiya ixtisasını bakalavr üzrə bitirib. 1998-ci ildə həmin universitetdən sosiologiya ixtisası üzrə magistratura, 2003-cü ildə isə doktorantura dərəcəsi üzrə məzun olub. H.Beşirli Hacettepe, Sakarya, Qazi və Manas universitetlərində pedaqoji fəaliyyətlə məşğul olub, kafedra müdiri, Magistratura və Doktorantura mərkəzinin direktoru vəzifələrində çalışıb. Türkiyədə və xaricdə türkoloji, sosial elmlər, mədəniyyətlərarası qarşılıqlı əlaqələr, qloballaşma, regional inteqrasiya və digər mövzulara həsr olunan beynəlxalq konfranslarda çıxış edib. Türkiyənin nüfuzlu dərgilərində çoxsaylı elmi məqalələri dərc olunub. Hayati Beşirli müəllifi olduğu “Türk Cumhuriyetleri Öğrencilerinin Türk Dünyasına Bakışları” kitabına görə Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAV) mükafatını qazanıb. Ankara Hacı Bayram Veli universitetində professor olub.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

