ADA Universitetində Lütfi Zadə adına təqaüd təsis edilib
05.02.2019 [09:59]
ADA Universitetində keçirilən “Akademik Mükəmməllik Günü”ndə yeni təqaüd təsis edilib. Universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutundakı ixtisaslar üzrə təhsil alan əlaçı tələbələr bundan sonra Lütfi Zadə adına təqaüd qazana biləcəklər. Bu təqaüd ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin təşəbbüsü ilə təsis olunub.
AZƏRTAC xəbər verir ki, təqaüd fevralın 4-də dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin ixtiraçısı Lütfi Zadənin doğum günündə İT və Mühəndislik İnstitutunun yeddi tələbəsinə (Rəşad Nağıyev, Lalə Əsgərova, Anar Mehrəliyev, İsmayıl İsmayılov, Elnur Abdullayev, Fidan Əliyeva və Sevinc Cəfərli) təqdim edilib.
Mərasimi açan İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekanı Araz Yusubov sözügedən təqaüdün üstünlüyündən danışıb, bu cür imkanın tələbələri yaradıcılıq axtarışına daha da ruhlandırdığını vurğulayıb.
Daha sonra Lütfi Zadə adına təqaüdə layiq görülən tələbələrdən biri - İT və Mühəndislik İnstitutunun IV kurs tələbəsi Sevinc Cəfərli böyük alimin dünya elminə töhfələrindən danışıb, bu barədə təqdimat edib.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev tələbələrə Lütfi Zadə adına təqaüdü təqdim edib.
Rektor çıxışında deyib ki, Lütfi Zadənin adı ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun tələbələri üçün çox əhəmiyyətlidir. Tələbələrin təhsildə qazandıqları nailiyyətləri məhz Lütfi Zadənin adı ilə bağlamaq həm onlar üçün, həm də institut üçün vacibdir. Eyni zamanda, bu hadisənin institutun gələcək inkişafı üçün böyük əhəmiyyəti var.
Hafiz Paşayev, həmçinin Azərbaycanın ABŞ-da səfiri olduğu müddətdə Lütfi Zadə ilə görüşlərindən danışıb, xatirələrini bölüşüb. Qeyd edib ki, azərbaycanlı alim həmişə vətənpərvər mövqeyi ilə seçilirdi. 1965-ci ildə Lütfi Zadə Bakıya gələn zaman Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda çalışdığını deyən Hafiz Paşayev onun mühazirəsini dinlədiyini xatırlayıb. Vurğulayıb ki, o zaman gənc tədqiqatçılar belə bir azərbaycanlının dünyanın nüfuzlu alimləri ilə bir sırada dayanmasından qürur duyublar.
ADA Universitetinin “Akademik Mükəmməllik Günü”ndə, həmçinin əcnəbi tələbələr üçün nəzərdə tutulan və Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən Əlimərdan bəy Topçubaşov adına təqaüd verilib. Universitetin prorektoru Fariz İsmayılzadə bildirib ki, son semestrin nəticələrinə əsasən bu təqaüdü ADA-da təhsil alan 18 nəfər xarici tələbə qazanıb. Hər iki təqaüd proqramının qaydalarına görə tələbələr təhsil haqqından 100 faiz azad edilir. ADA Universitetinin “Akademik Mükəmməllik Günü”ndə hər semestrin nəticələrinə əsasən tədrisi yüksək qiymətlərlə başa vuran tələbələr müxtəlif təqaüdlərlə mükafatlandırılır.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

