/ / Dünya Xərçəng Gününə həsr olunmuş III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumu keçirilib
Dünya Xərçəng Gününə həsr olunmuş III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumu keçirilib
05.02.2019 [09:59]
Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) təşkilatçılığı ilə Ümumdünya Xərçəng Gününə həsr olunmuş III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumu keçirilib.
AZƏRTAC xəbər verir ki, müasir ümumi onkologiyanın və nüvə təbabəti problemlərinin müzakirə olunduğu bu mötəbər beynəlxalq səhiyyə forumunda Azərbaycan onkoloqları ilə yanaşı, Avstriya, İsveçrə və Türkiyənin ən nüfuzlu tibbi mərkəzlərinin aparıcı mütəxəssisləri və elmi dairələrin nümayəndələri də iştirak ediblər. III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumunun əsas müzakirə mövzularından biri də nüvə təbabətinin müasir vəziyyətinə və perspektivlərinə, eləcə də xərçəngin profilaktikası və müalicəsində tətbiq edilən ən son metodlara dair məruzələrin dinlənilməsi və təcrübə mübadiləsi aparılması olub.
Simpoziumu giriş sözü ilə Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev açıb. Xərçəng xəstəliklərinin erkən diaqnostikası və müalicəsi üzrə Azərbaycanın aparıcı tibb müəssisəsi olan Milli Onkologiya Mərkəzinin son illərdə əldə etdiyi yüksək nailiyyətlərdən danışan C.Əliyev müasir dünyada onkoloji xəstəliklərin dinamikasının artması faktını təəssüflə vurğulayıb. Akademik bu sahədə müvafiq beynəlxalq strukturların ümumi bəlaya qarşı mübarizənin gücləndirilməsinin və birgə səylərin koordinasiyasının zəruriliyini xüsusi vurğulayıb.
Akademik C.Əliyev qeyd edib ki, əsrin bəlasına qarşı mübarizə işinə Azərbaycan onkoloqları, Milli Onkologiya Mərkəzinin elmi və tibbi personalı da layiqli töhfə verir. Bildirilib ki, tibbin ən ağır, ən məsuliyyətli sahələrindən biri olan onkologiya problemləri daim dövlətimizin diqqət mərkəzindədir. Son illərdə Milli Onkologiya Mərkəzində xərçəng xəstəliklərinin diaqnostikası və müalicəsi üçün hər cür şərait yaradıldığını bildirən akademik Cəmil Əliyev bu nəcib işdə həmişə əhalinin sağlamlığını və sosial rifahını düşünən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müstəsna xidmətlərini xüsusi qeyd edib. O, həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın himayəsi ilə Milli Onkologiya Mərkəzində Uşaq Klinikasının inşa edilib istifadəyə verilməsini onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib.
Simpoziumda rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzinin Azərbaycanda göstərdiyi çoxillik səmərəli fəaliyyətinə və onkologiya sahəsində bütün dünyada qəbul olunmuş yüksək elmi-praktik nailiyyətlərinə görə akademik Cəmil Əliyevə Birləşmiş Millətlər Təşkilatının “Elm və sülh elçisi” fəxri mükafatı təqdim edilib. Fəxri mükafatı akademik C.Əliyevə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məsul işçisi, BMT Beynəlxalq Mükafatlar Şurasının Cenevrə ofisinin rəhbəri Mehmet Şükrü Güzel təqdim edib, Milli Onkologiya Mərkəzinə və akademik C.Əliyevə yeni nailiyyətlər arzulayıb.
Tədbirdə çıxış edən Milli Onkologiya Mərkəzi baş direktorunun birinci müavini, tibb elmləri doktoru, professor Əziz Əliyev son illər Azərbaycanda bütün sahələrdə, o cümlədən tibb sahəsində mühüm uğurlar əldə edildiyini diqqətə çatdırıb. Professor öz çıxışında xatırladıb ki, son illər Milli Onkologiya Mərkəzi onkoloji xəstələrin müalicəsi üçün zəruri yeni texnologiyaların istehsalçısı olan dünyanın aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir. MOM ilə Amerikanın bədxassəli şişlərin radioterapiyası üçün müasir texnologiyaları layihələşdirən və istehsal edən “Varian Medical Systems” şirkəti arasında 2014-cü ilin oktyabrında imzalanmış əməkdaşlıq haqqında saziş buna sübutdur. Bununla da, Milli Onkologiya Mərkəzi rəsmi referens-mərkəz statusunu alıb. Sənəd tərəfdaşlar arasında əməkdaşlığın genişləndirilməsinə, müasir texnologiyaların Azərbaycana daha qısa vaxt ərzində çatdırılmasına, xarici mütəxəssislərlə geniş fikir mübadiləsi aparılmasına şərait yaradır. Bununla yanaşı, imzalanmış saziş Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə göstərilən yüksək səviyyəli xidmətin dünyanın aparıcı klinikaları tərəfindən tanınmasını təsdiq edir.
Tədbirdə qeyd olunub ki, 2008-ci ildə ölkəmizdə radionuklid diaqnostika, dörd il sonra radionuklid terapiya şöbələri, 2014-cü ildə Nüvə Təbabəti İctimai Birliyi yaradılıb. 2015-ci ildə nüvə təbabəti ixtisası təsdiq edilib və 2016-cı ildə Nüvə Təbabəti Mərkəzi fəaliyyətə başlayıb. Nəinki Azərbaycanda, hətta regionda ilk və yeganə tibb müəssisəsi olan Nüvə Təbabəti Mərkəzi xərçəng xəstəliklərinin erkən aşkar edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Mərkəzdə pozitron emissiya tomoqrafiya/kompüter tomoqrafiya (PET/KT) cihazı quraşdırılıb. Bu, orqanizmdə hüceyrə mübadiləsini molekulyar səviyyədə göstərməyə imkan verən müasir tibbi diaqnostik görüntüləmə üsuludur. Nüvə Təbabəti Mərkəzinin fəaliyyətinin əsas prinsipi yüksək səviyyədə xidmət təqdim etməkdir. Mərkəzdə işləyən həkimlər, əczaçılar, fiziklər, mühəndislər, kimyaçılar, hətta kiçik və orta heyət xaricdə təhsil alıb və zəngin praktiki biliklərə malikdirlər. Onların sırasında müvafiq sahədə böyük təcrübəsi olan xarici mütəxəssislər də var.
Diqqətə çatdırılıb ki, 2016-cı ildən Avropa Nüvə Təbabəti Assosiasiyası tərəfindən akkreditasiya olunaraq dünyanın 29 ölkəsinin ən mükəmməl mərkəzləri sırasına daxil edilib. Bunun nəticəsi olaraq Milli Onkologiya Mərkəzinə dünyanın müxtəlif ölkələrindən müraciətlərin sayı xeyli artıb. Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Əfqanıstan, Liviya, Suriyanın, eləcə də bir sıra Avropa və Asiya ölkələrindən olan pasiyentlər Nüvə Təbabəti Mərkəzində uğurla müayinədən keçiblər. 2017-ci ildən etibarən mərkəzdə hədəfə yönəlmiş radionuklid müalicələrə başlanılıb. Bir çox qonşu ölkədən xəstələr bu xüsusi təyinatlı Litesium-177 və Actinium-225 müalicəsini almaq üçün ölkəmizə müraciət ediblər.
Simpoziumun sessiyalarında Milli Onkologiya Mərkəzi baş direktorunun birinci müavini, tibb elmləri doktoru, professor Əziz Əliyev, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş inspektoru, professor Françesko Giammarile, MOM-un nüvə təbabəti şöbəsinin müdiri Fuad Novruzov, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məsul işçisi, BMT Beynəlxalq Mükafatlar Şurasının İsveçrə ofisinin rəhbəri Mehmet Şükrü Güzel, Bern Universitetinin nüvə təbabəti bölməsinin rəhbəri professor Aksel Rominger, Ankara Universitetinin nüvə təbabəti bölməsinin professoru Özləm Küçük və başqaları müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

