Əlillərin yaradıcılığı “Əlillik qüsur deyil” kitabında işıqlandırılıb
30.01.2019 [10:03]
Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Əlillik qüsur deyil” kitabı işıq üzü görüb. Xatırladaq ki, layihənin rəhbəri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, layihənin koordinatoru və redaktoru Pərvanə İsmayılovadır.
Qeyd edək ki, kitabda Ümummilli lider Heydər Əliyevin fiziki məhdudiyyətli insanlara, onların sosial müdafiəsi və reabilitasiyasına diqqət və qayğısından, Prezident İlham Əliyevin sosial siyasət sahəsində həyata keçirdiyi uğurlu siyasətdən, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində reallaşdırılan nəcib və xoşməramlı layihələrdən bəhs olunur.
Kitab nazirliyin nəzdində olan sosial müəssisələrdə yaşayanların yaradıcı fəaliyyəti, onların yaradıcılıq nümunələrini əks etdirən ilk nəşrdir. Nəşrdə, əsasən, yaradıcılıqla məşğul olan əlil şəxslərin haqqında məlumatlar və əl işləri yer alıb. Həm Azərbaycan, həm də ingilis dilində təqdim olunan 278 səhifəlik kitabın ərsəyə gəlməsi üçün 1500-dən çox foto çəkilib və foto-arxiv şəkillərindən istifadə olunub. Kitabda həmçinin incəsənətin müxtəlif növləri ilə məşğul olan 60-a yaxın fiziki məhdudiyyətli şəxsin fəaliyyəti və əl işləri ilə tanış olmaq mümkündür. Onu qeyd etmək lazımdır ki, kitabın qutusunun dizaynında əlilliyi olan Ramin Səfərlinin əl işindən fraqment istifadə edilib.
Kitabda həmçinin əlilliyi olan aktyorlardan ibarət ilk inklüziv teatr olan ƏSA Teatrı haqqında məlumata, teatrın afişalarından nümunələrə də yer verilib. Orada qeyd olunur ki, yeganə inklüziv teatr olan ƏSA Teatrı qısa zamanda fəaliyyətə başlamasına baxmayaraq, uğurlu tamaşalarla çıxış edib, öz dəst-xətti ilə ictimai rəğbəti qazanıb.
Xatırladaq ki, gələcəkdə “Əlillik qüsur deyil” kitabı əsasında əlilliyi olan yaradıcı şəxslərin elektron reyestrinin, eləcə də onlar üçün əl işlərinin satışı portalının yaradılması nəzərdə tutulur.
QAŞQAY
Xəbər lenti
Hamısına baxHadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54

