/ / Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə olunub
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə olunub
25.01.2019 [09:56]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərtərəfli diqqəti və qayğısı sayəsində məcburi köçkünlərin problemlərinin həlli istiqamətində məqsədyönlü iş aparılır, bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısının apardığı islahatlar məcburi köçkünlərlə iş sahəsində uçot və nəzarətin, ədalət və şəffaflıq prinsiplərinin tam bərqərar edilməsinə yönəldilib. Eyni zamanda, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hələ də ən ağır vəziyyətdə, həyat üçün təhlükəli olan, qəzalı bina və tikililərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə yeni mənzillərin ilk növbədə verilməsi barədə tapşırığının icrası davam etdirilir. Ötən ilin sonunda Abşeron rayonunda və Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib, bu yaxınlarda isə Qaradağ rayonunun Ümid qəsəbəsində 300 ailənin yeni mənzillərə köçürülməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 24-də keçirilən növbəti kollegiya iclasında danışılıb.
Prezident İlham Əliyevin məcburi köçkünlərlə bağlı siyasətinin uğurlu nəticəsi kimi indiyədək 102 yeni qəsəbənin salındığını, bu kateqoriyadan olan üç yüz minədək vətəndaşın mənzil şəraitinin əsaslı şəkildə yaxşılaşdırıldığını qeyd edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev 2019-cu ildə də həmin məsələlərin həlli üçün büdcədən böyük vəsait ayrıldığını diqqətə çatdırıb, ayrılan vəsaitdən səmərəli istifadə edilməsinin zəruriliyini qeyd edib. Bildirilib ki, dövlətimizin başçısı məcburi köçkünlərlə iş sahəsində vəziyyəti daim nəzarətdə saxlayır və bu işdə hər hansı yanlış və neqativ yanaşmanın təkrarlanmasına yol verilməyəcək.
İclasda Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqram”ında və Dövlət Proqramına Əlavələrdə nəzərdə tutulan tədbirlərin icrası sahəsində 2018-ci ildə görülmüş işlər, yeni salınmış qəsəbələrdə məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi, büdcə vəsaiti və investisiya xərcləri hesabına aparılan təmir-tikinti işləri, insan resurslarının idarə edilməsi və digər məsələlər müzakirə olunub, Dövlət Komitəsi kollegiyasının 2019-cu il üçün iş planı təsdiqlənib.
Gündəlikdəki məsələlər barədə müvafiq strukturların rəhbərlərinin məruzələri dinlənilib, ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinin gedişi, məcburi köçkünlərlə işin konkret istiqamətləri üzrə mövcud vəziyyət ətraflı təhlil edilib, həlli vacib məsələlərin əhatəsi bir daha dəqiqləşdirilib, aidiyyəti bölmələrin fəaliyyətinin təkmilləşdirilməsi, cavabdeh şəxslərin məsuliyyətinin artırılması üçün ciddi tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

