/ / Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu: qanunsuz aksiyaya cəhdlə bağlı mitinq təşkilatçılarına xəbərdarlıq edilib
Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu: qanunsuz aksiyaya cəhdlə bağlı mitinq təşkilatçılarına xəbərdarlıq edilib
23.01.2019 [09:44]
Xəbər verildiyi kimi, özünü Demokratik Qüvvələrin Milli şurası adlandıran quruma daxil olan partiya və birliklər bu il yanvarın 19-da saat 15.00-dan 17.00-dək Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.
Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan AZƏRTAC-a daxil olan birgə məlumatda bildirilir ki, mitinqdən sonra iştirakçıların bir qrupu Yasamal rayonunun Şərifzadə küçəsində və Bakı Metropoliteninin “İnşaatçılar” stansiyasının yaxınlığında “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq razılaşdırılmış vaxtdan və ərazidən kənar, habelə yetkinlik yaşına çatmayanlar da cəlb edilməklə qanunsuz küçə yürüşünə cəhd ediblər.
Bu zaman ətrafdakıların diqqətini cəlb etmək və əhali arasında qorxu, vahimə yaratmaq, vətəndaşlara qarşı kobudluq, istirahət hüquqlarının pozulması kimi qanunazidd hərəkətlərə yol verib, ərazidə xidmətdə olan polis əməkdaşlarına qarşı tabesizlik göstəriblər.
Qeyd edilənlərlə əlaqədar 19 yanvar mitinqinin təşkilatçıları yanvarın 22-də Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilərək ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, müəssisə, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərinin gələcəkdə təkrarlanacağı təqdirdə belə qanunsuz aksiyanın təşkilatçıları və iştirakçıları cinayət məsuliyyəti də daxil olmaqla, barələrində qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlərin görüləcəyinə dair rəsmi şəkildə xəbərdar ediliblər.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

