20 Yanvar şəhidlərinin əziz xatirəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yad edilib
19.01.2019 [10:25]
Yanvarın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbir keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, 20 Yanvar hadisələri nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Xalqımız tərəfindən qəhrəmanlıq salnaməsi kimi qəbul olunan Yanvar şəhidlərinin dəfn olunması ilə əlaqədar Bakıda keçirilən izdihamlı matəm mitinqində bir milyondan çox insanın iştirak etməsi Azərbaycan xalqının müstəqillik uğrundakı birliyini və gücünü bütün dünyaya göstərdi.
Mübariz Qurbanlı vurğulayıb ki, faciədən sonra Ulu öndər Heydər Əliyevin dərhal Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və rejimin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, təsəlli olmaqla onun mübarizə əzmini yüksəltdi. Məhz Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilib, bu faciəni törədənlər bəyan olunub, müvafiq cinayət işi qaldırılıb.
O, həmin çətin zamanda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin təhdid və təzyiqlərə baxmayaraq, bütün dövlətlərin və dinlərin başçılarına göndərdiyi müraciətləri xatırladıb.
Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin təməl prinsiplərindən birinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması olduğunu deyən Mübariz Qurbanlı diqqətə çatdırıb ki, 20 Yanvar şəhidləri ölkəmizlə yanaşı, xarici ölkələrdə də anılır. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinə diqqət və qayğı daim diqqət mərkəzindədir.
Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 20 Yanvarın tarixi barədə danışıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet dövlətinin görünməmiş qəddarlıqla keçirilən cəza tədbirlərinə imza atdığını qeyd edib. Ölkəmizə qarşı məkrli niyyətin tərkib hissəsi olan bu vəhşi terror aktının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu deyib.
Qafqaz Müsəlmanlari İdarəsinin sədr müavini Fuad Nurullayev 20 Yanvar günü baş verənlərlə bağlı xatirələrini bölüşüb, xalqın öz suverenliyi və azadlığı uğrunda mübarizə apardığını vurğulayıb. Azərbaycanda tarixən müxtəlif millətlərin nümayəndələrinin qardaşlıq, dostluq şəraitində yaşadığını və istənilən hadisədə vəhdət halında olduğunu deyən F.Nurullayev bu baxımdan 1990-cı il 20 Yanvar hadisələrinin də istisna olmadığını qeyd edib. O qanlı faciədə də dinindən asılı olmayaraq hər kəs Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canını sipər edib.
Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Melih Yevdayev, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili çıxışlarında bildiriblər ki, 20 Yanvar şəhidlərinin xatirəsi daim əziz tutulacaq, onların fədakarlıqları xalqımızın yaddaşından heç zaman silinməyəcək.
Xəbər lenti
Hamısına baxSosial
26 May 23:19
Dünya
26 May 22:56
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02

