20 Yanvar xalqımızın milli oyanış tarixinin şanlı səhifəsidir
19.01.2019 [10:11]
20 Yanvar Azərbaycan xalqının tarixinə qanla yazılmış səhifələrdən biridir. İllər keçsə belə, xalqımızın milli oyanış tarixinin qanlı, həm də şanlı səhifəsi olan bu faciə unudulmayacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Yevlax Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı və Yevlax Şəhər Mədəniyyət Mərkəzinin 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə birgə keçirdiyi tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Qənimət Qaraşov, YAP Yevlax rayon təşkilatının sədr müavini, aparat rəhbəri Əli Quliyev və Bərdə Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Rafiq Məmmədov çıxış edərək, Azərbaycan tarixinin azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifələrindən olan 20 Yanvar faciəsindən, qanlı hadisəyə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıblar. Bildirilib ki, 20 Yanvar tariximizə təkcə faciə kimi yox, həm də mübarizlik, qəhrəmanlıq günü kimi daxil olub. Həmin gün xalqımızın ürəyində illərlə qalmış azadlıq, müstəqillik eşqinin oyanış günüdür. Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirib.
Tədbirdə Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayevin rəhbərliyi ilə ədəbi-bədii kompozisiya təqdim olunub. İştirakçılara YAP Yevlax rayon təşkilatı tərəfindən hazırlanmış 20 Yanvar faciəsini əks etdirən bukletlər paylanıb.
Xəbər lenti
Hamısına baxHadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48

