/ / Sumqayıtda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans işə başlayıb
Sumqayıtda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans işə başlayıb
26.12.2018 [09:34]
Dekabrın 25-də Sumqayıtda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Sumqayıtdakı Heydər Əliyev Mərkəzində keçirilən regional konfransı şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov açıb. Bildirib ki, Ümummilli lider Heydər Əliyevin diqqət yetirdiyi sahələrdən biri də xalqımızın milli-mənəvi dəyərlərə qayıdışının sürətlənməsi, eyni zamanda, dini bayramların dövlət səviyyəsində qeyd olunması idi. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən natiq ölkəmizdə dövlət quruculuğu prosesləri və dövlət-din münasibətlərinin tənzimlənməsi, cəmiyyətdə ictimai-siyasi sabitliyin bərqərar olunması istiqamətində mühüm addımların atıldığını deyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural prinsiplərin təşviqi, dini maarifçilik işinin aparılması və dini radikalizmlə mübarizə sahəsində görülən işlərdən danışıb.
Qeyd olunub ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması Ümummilli liderin adı ilə bağlıdır. Ulu öndərin dövlət-din münasibətləri sahəsində qoyduğu bu nümunəvi siyasətin Onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Dövlətimizin başçısının sərəncamları ilə son illər tarixi dini abidələr, ziyarətgahlar bərpa edilir, milli-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq silsilə tədbirlər keçirilir. Dövlət Komitəsinin sədri Mənəvi Dəyərlərin Təbliği Fondunun və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu diqqət və qayğının parlaq nümunəsi kimi səciyyələndirib. Mübariz Qurbanlı bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təqdirəlayiq fəaliyyəti haqqında da danışıb. Ölkəmizdəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda aparılan təmir-bərpa işlərini dövlət-din münasibətlərinin ən yüksək məcrada davam etməsinin təzahürü kimi qiymətləndirib.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Rauf Sərdarov dinə dövlət qayğısından bəhs edib.
Dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətləri, multikultural dəyərlərin qorunması, eyni zamanda, tolerantlıq mühitinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi mövzularının müzakirə olunduğu konfrans işini dekabrın 26-da “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26

