“İdeya var!” müsabiqəsinin seçim mərhələsi keçirilib
26.12.2018 [09:26]
Dekabrın 25-də Bakı İdman Sarayında Gənclər və İdman Nazirliyi tərəfindən “İdeya var!” gənclərin ikinci ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqədə 14-29 yaşlı Azərbaycan vətəndaşları fərdi və ya müəllif qrupu kimi iştirak ediblər.
“Texniki innovasiyalar”, “Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə. Tibb və səhiyyə sahəsində innovasiyalar”, “İstehsalat texnologiyaları və sənaye infrastrukturu. Canlı sistemlər, nəqliyyat sistemləri” və “Sosial sahə və təhsil” nominasiyaları üzrə müsabiqəyə müxtəlif ali təhsil ocaqları, gənc alimlər tərəfindən 187 layihə təqdim olunub. Bu layihələrin arasından seçilmiş 25 ən yaxşı “İdeya var!” gənclərin ikinci ümumrespublika elmi-yaradıcılıq müsabiqəsində sərgilənib, 14 qalib isə diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
Yekun nəticələrə görə, Nigar Qədəşova, Qoşqar Musaxanlı, Murad Eyvazzadə, Cavid Əhmədov birinci yeri tutublar. Günel Alıyeva, Rəşad Rəhimzadə, Şəhla Əhmədova, Nicat Səfərov, Fərid Məmmədov, Tamerlan Xalislamov ikinci, Aygül Şəxiyeva, Sürət Mehdiyev, Arif Qəhrəmanov, Sərvinaz Hacıyeva üçüncü yerə layiq görülüblər.
Ümumi mükafat fondu 4 min manat olan müsabiqədə hər nominasiya üzrə birinci yerin qalibi 500 manat, ikinci yerin qalibi 300 manat, üçüncü yerə layiq görülən isə 200 manat məbləğində mükafatla təltif ediliblər.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil, elm müəssisələrinin rəsmiləri və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, müsabiqənin məqsədi gənclərin elmi və yaradıcılıq fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialının nümayiş etidirilməsi üçün əlverişli şərait yaratmaq, onları tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdir.
Layihə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasını təmin etmək məqsədilə keçirilib.
Sərgi çərçivəsində müxtəlif elmi şoular, eksponatlar nümayiş etdirilib, elmi viktorinalar keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

