/ / Əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin tarixi xidmətlərinin üzə çıxarılmasında Ulu öndər Heydər Əliyevin müstəsna rolu olub
Əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin tarixi xidmətlərinin üzə çıxarılmasında Ulu öndər Heydər Əliyevin müstəsna rolu olub
21.12.2018 [09:39]
Dekabrın 20-də Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) “Ümummilli lider Heydər Əliyevin Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin faşizmə qarşı mübarizədə tarixi xidmətlərinin üzə çıxarılmasındakı müstəsna rolu” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyevin, DTX-nin əməkdaşlarının, təhlükəsizlik orqanları veteranlarının və DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantlarının iştirak etdikləri tədbir İkinci Dünya müharibəsində həlak olmuş həmvətənlərimizin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbirdə qeyd olunub ki, şərəfli ömrünün 25 ilini təhlükəsizlik orqanlarına həsr edən Ulu öndər Heydər Əliyev istər bu orqanlarda xidmət etdiyi, istərsə də Azərbaycan Respublikasının rəhbəri olduğu dövrdə xalqımız üçün taleyüklü əhəmiyyət daşıyan işlərə imza atıb. Bu ölçüyəgəlməz fəaliyyətin nümunələrindən biri də cəsur kəşfiyyatçı, antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan, milyonlarla azərbaycanlının, eləcə də Mərkəzi və Cənub-Şərqi Avropa xalqlarının qəlbində silinməz izlər buraxmış Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin faşizmə qarşı mübarizədə tarixi xidmətlərinin üzə çıxarılmasıdır. Bütün maneələrə baxmayaraq, Mehdi Hüseynzadəyə layiq olduğu Sovet İttifaqı Qəhrəmanı fəxri adının ölümündən 13 il sonra verilməsində, ümumiyyətlə, Mixaylonun adının əbədiləşdirilməsində, onun göstərdiyi şücaət və rəşadətin təbliğində məhz Ümummilli liderin müstəsna xidmətləri olub.
Dövlət Təhlükəsizliyi Xidmətinin arxiv fondlarında qorunub saxlanılan nadir sənədlərin tədqiqi göstərir ki, vaxtilə Azərbaycan SSR DTK-da yaradılmış və kapitan Heydər Əliyevin rəhbərlik etdiyi xüsusi əməliyyat-təhqiqat qrupunun böyük əziyyət və peşəkarlıqla topladığı materiallar, sorğular, rəylər və şahid ifadələri əsasında 1957-ci ilin yanvarında Mehdi Hüseynzadənin döyüş və qəhrəmanlıq fəaliyyətinə dair müfəssəl və təsirli arayış hazırlanıb. Azərbaycan SSR DTK-sı da həmin sənədi baxılması və Moskvaya təqdim olunması üçün Azərbaycan KP MK-ya göndərib.
Bundan sonra Mehdi Hüseynzadənin qəhrəmanlıq salnaməsinin ictimailəşdirilməsində əvəzsiz xidmətləri olan Heydər Əliyevin uzun illər ağır zəhməti hesabına toplanılan materiallar əsasında tanınmış yazıçılar İmran Qasımov və Həsən Seyidbəyli “Uzaq sahillərdə” povestini yazıblar. Həmin əsər əsasında bu gün də maraqla izlənilən məşhur “Uzaq sahillərdə” bədii filmi çəkilib. Nəhayət, 1957-ci ilin aprelində SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Ulu öndər Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik edərkən yenidən Mehdi Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi istiqamətində əməli işlər görüb, onun şərəfli xidmətlərinin İttifaq miqyasında tanınmasına nail olub və Bakıda möhtəşəm abidəsinin ucaldılmasına göstəriş verib. 1973-cü il mayın 9-da - Qələbə Günündə Mehdi Hüseynzadənin abidəsinin təntənəli açılışı olub. Tədbirdə iştirak edən dahi rəhbər Heydər Əliyev qəhrəmanın partizan hərəkatındakı fəaliyyətindən, keçdiyi mübariz döyüş yolundan söz açaraq deyib: “Mehdi Hüseynzadənin adı müasirlərimizin və gələcək nəsillərin hafizəsindən heç vaxt silinməyəcək”.
Ümummilli liderin dövlətçilik siyasətini və azərbaycançılıq irsini uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev görkəmli sərkərdələrimizin, hərb xadimlərimizin, qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsinə və yubileylərinin dövlət səviyyəsində qeyd olunmasına xüsusi diqqət yetirir.
Prezident İlham Əliyevin Sloveniya Respublikasına rəsmi səfəri zamanı Novo Qoritsa şəhərində Mehdi Hüseynzadənin xatirə muzeyinin açılışında iştirakı, ictimaiyyətlə görüşdə geniş nitq söyləməsi ölkələrimiz arasında əlaqələrin genişlənməsinin, dostluq və qardaşlıq münasibətlərinin inkişafının təsdiqidir. Məhz bu dostluğun təməlində Mehdi Hüseynzadə kimi igid həmvətənimizin qəhrəmanlıqları dayanır. Sloveniyalılar da Azərbaycanın igid oğluna vəfa borcu olaraq Moribor şəhərində müharibə qurbanlarının xatirəsinə həsr edilən Dobrava memarlıq park kompleksinin ərazisində Xocalı soyqırımı qurbanlarına xatirə lövhəsi ucaldıblar.
Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçı Mehdi Hüseynzadənin qəhrəmanlıqlarının gənc nəslin Vətənə sədaqət ruhunda tərbiyə edilməsində xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı İlham Əliyev igid döyüşçünün anadan olmasının 100-cü ildönümünün qeyd edilməsi barədə 2018-ci il iyulun 23-də Sərəncam imzalayıb.
Qeyd olunub ki, bu Sərəncam dövlətimizin təhlükəsizliyinin, Vətənimizin sərhədlərinin toxunulmazlığının keşiyində dayanan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan Azərbaycan hərbçiləri üçün qəhrəmanlığa çağırış nümunəsi kimi qəbul edilir.
Sonra DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları Mehdi Hüseynzadənin müharibə illərində vətənpərvərlik mövzusunda yazdığı şeirlərini söyləyiblər.
Tədbirin sonunda Mehdi Hüseynzadənin qəhrəmanlıq yolu və Ümummilli lider Heydər Əliyevin bu məşhur həmyerlimizin misilsiz hərbi şücaətlərinin üzə çıxarılmasındakı müstəsna rolu barədə Azərbaycan Televiziyası tərəfindən hazırlanan sənədli film nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

