Dünya şöhrətli professor ölkəmizdə aparılan islahatları izlədiyini bildirib
14.11.2018 [10:06]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizdə işgüzar səfərdə olan BMT Universitetinin Maastrixt İnnovasiyalar və Texnologiyalar üzrə İqtisadi və Sosial Tədqiqatlar İnstitutunda POP Mərkəzinin direktoru, Qlobal Əmək Təşkilatının Prezidenti professor Klaus F.Zimmermanla görüş olub. O, həmçinin Maastrixt, Bonn və Renmin Universitetlərinin fəxri professoru, Avropa İqtisadiyyat, Biznes və İdarəetmə bölməsinin rəhbəri, nüfuzlu “Journal of Population Economics” dərgisinin təsisçisi və naşiridir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Qlobal İqtisadi Problemlər İnstitutunun qurucusu və rəhbəri Natiq Şirinzadə də iştirak edib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının uğurları barədə qonağa məlumat verib, respublikada əldə olunan iqtisadi inkişafın sosialyönümlü olduğunu bildirib. O, ölkədə bütün istiqamətlərdə dayanıqlı inkişafa xidmət edən islahatlar proqramının ilk növbədə elmi əsaslar üzərində, yeni iqtisadi və sosial çağırışlara uyğun, habelə nüfuzlu beynəlxalq institutlarla fəal əməkdaşlıq müstəvisində hazırlanaraq həyata keçirildiyini qeyd edib.
S.Babayev əmək münasibətləri, məşğulluq və sosial müdafiə sahələrində innovativ yanaşmalar, elmi-texnoloji yeniliklər əsasında aparılan islahatlar, həmçinin bu sahələrdə vahid platformadan yeni xidmət modelinin formalaşdırılması, “DOST” mərkəzlərinin yaradılması istiqamətində görülən işlər barədə danışıb.
Nazir həmçinin məcburi köçkünlərin və qaçqınların sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq problemlərinin həlli istiqamətində atılan addımları diqqətə çatdırıb. O, nazirliyin beynəlxalq əməkdaşlıq əlaqələrindən bəhs edərək, BMT qurumları və Beynəlxalq Əmək Təşkilatı ilə geniş əməkdaşlıq gündəliyinin olduğunu bildirib. S.Babayev nazirliyin elmi-tədqiqat və təlim potensialının inkişaf etdirilməsində BMT Universitetinin Maastrixt İnnovasiyalar və Texnologiyalar üzrə İqtisadi və Sosial Tədqiqatlar İnstitutu, eləcə də digər nüfuzlu beynəlxalq dairələrlə geniş əlaqələrin qurulmasının da əhəmiyyətli ola biləcəyini deyib.
K.F.Zimmerman Azərbaycanda bütün sahələrdə özünü göstərən inkişaf proseslərinin şahidi olmaqdan məmnunluğunu ifadə edib. Ölkəmizdə sosial sahədə aparılan islahatları maraqla izlədiyini bildirən professor Avropada sosial sahədə mövcud vəziyyət, qarşıya çıxan problemlər və onların həll mexanizmləri sahəsində təcrübələr, qaçqın və məcburi köçkünlərlə bağlı aparılan siyasətlər, yeni təşəbbüslər, miqrasiya proseslərinin tənzimlənməsində yanaşmalar və s. barədə məlumat verib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07

