"100 yaşlı Cümhuriyyətim" inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib
29.10.2018 [16:04]

"Füyuzat" jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin şagirdləri arasında keçirdiyi "100 yaşlı Cümhuriyyətim" inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. "Füyuzat" jurnalının və Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun rəhbərliyi, ictimai xadimlər, şair və yazıçılar, KİV təmsilçiləri, müəllimlər, şagirdlər və ali məktəb tələbələrinin iştirak etdiyi mərasimi giriş sözü ilə açan "Füyuzat" jurnalının təsisçisi, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirov bildirib ki, belə tədbirlərin keçirilməsi gənc nəsildə vətənpərvərlik ruhunu yüksəltməklə bərabər, onlarda milli dövlətçilik tariximizə dərin ehtiram hissi də yaradır.
Sonra çıxış edən "Füyuzat" jurnalının məsul katibi Mübariz Yunus isə bildirib ki, şagirdlər arasında vətənpərvərlik hissinin yüksəldilməsi üçün keçirilən bu müsabiqəyə ümumilikdə 45 inşa yazısı təqdim edilib. Qeyd olunub ki, müsabiqə 5–7 və 8–10-cu siniflər olmaqla 2 kateqoriyada keçirilib.
Daha sonra çıxış edən Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin müdiri Hüseyn Dəmirəl, Əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Arzu Həsənzadə, tarixçi-alimlər Nigar Gözəlova və Elmar Həsənli, şairə-publisist Gülarə Munis və başqaları müsabiqənin təşkilini yüksək qiymətləndiriblər. Bildirilib ki, "Füyuzat" jurnalının zaman-zaman təşkil etdiyi belə müsabiqələr gənc nəsildə vətən sevgisini, Azərbaycançılıq ideologiyasını formalaşdırır, onların qəlbində Cümhuriyyət qurucularına dərin ehtiram hissi yaradır.
Tədbirdə, eyni zamanda, tələbələrin və şagirdlərin ifasında vətən sevgisi, müasir Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olma missiyası, Cümhuriyyət qurucularının sözləri və s. mövzularda müxtəlif bədii qiraət nümunələri dinlənilib, musiqili-şeirli çıxışlar, səhnəciklər təqdim edilib.
Daha sonra müsabiqənin qalibi olan Bakı Atatürk Liseyinin şagirdləri "Füyuzat" jurnalı tərəfindən fəxri diplomlarla və mükafatlarla təltif olunublar, bütün yaradıcı iştirakçılara da müxtəlif hədiyyələr təqdim edilib. Beləliklə, birinci yerə müvafiq olaraq Fidan Əliyeva və Zəhra Şabili, ikinci yerə Rafət Baxşıyev, Şəmsiyyə İsmayıllı, Məhəmməd Bayramlı və Məhəmməd İsmayılbəyli, üçüncü yerə isə Hüseyn Əlili, Fidan Abbasova, Fidan Allahyarova, Ayan Camal, Həsən Şiriyev və Banu Rüstəmli layiq görülüblər.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

