Mingəçevirdə 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə konfrans keçirilib
18.10.2018 [08:15]
Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının və şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev - Müstəqilliyimizi əbədiləşdirən tarixi şəxsiyyət” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfrans iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər.
Konfransda əvvəlcə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edən, I müavin İlham İsmayılov Azərbaycanın müstəqillik qazanmasında, inkişaf etməsində Ulu öndər Heydər Əliyevin əvəzsiz rolundan danışıb. İ.İsmayılov bildirib ki, Azərbaycan dövlətinin həqiqi müstəqilliyinin, bugünkü uğurlarının təməlində Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanır: “1990-cı illərin əvvəlində ölkəni bürüyən siyasi böhranı, anarxiyanı, xaosu, hərc-mərcliyi hər kəs xatırlayır. Yalnız 1993-cü ildə Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə ictimai-siyasi sabitlik, milli-vətəndaş birliyi yarandı və cəmiyyət həyatının bütün sahələrində tərəqqi başladı. Ümummilli liderimizin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
İ.İsmayılov qeyd edib ki, oktyabrın 15-də Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 15 ili tamam oldu. Onun sözlərinə görə, ötən dövrdə Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan böyük inkişaf yolu keçərək dünyada böyük nüfuza malik olan dövlətə çevrilib.
Konfransda daha sonra YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov “Azərbaycanın dövlət müstəqilliyinin bərpası tariximizin şanlı səhifəsidir”, YAP Mingəçevir şəhər təşkilatı Qadınlar Şurasının sədri Nurcamal Məmmədova “Heydər Əliyev və müstəqil dövlət quruculuğu siyasəti”, Mingəçevir Turizm Kollecinin müəllimi Ceyhun Abdullayev “Ulu öndər Heydər Əliyevin siyasi kursu milli dövlətçiliyimizin strateji konsepsiyasıdır”, Mingəçevir Dövlət Universitetinin müəllimi Aygün Qədirova “Müasir Azərbaycanın uğurları Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik strategiyasının əməli nəticəsidir” mövzusunda məruzələrlə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

