Cəbrayılın düşməndən azad olunan Cocuq Mərcanlı kəndində şəkər çuğunduru yığımına başlanılıb
05.10.2018 [08:45]
İyirmi dörd illik köçkünlük həyatından sonra doğma kəndlərinə qayıdan Cocuq Mərcanlı sakinləri uzun illər həsrətini çəkdikləri torpağı həvəslə əkib-becərirlər. Sakinlərin kənd təsərrüfatı ilə məşğul olmaları üçün dövlət tərəfindən burada bir sıra tədbirlər görülüb. Azərbaycan Prezidentinin müvafiq sərəncamları əsasında Cocuq Mərcanlı kəndində əkinlərin suvarma suyu ilə təmin olunması üçün nasos stansiyası, suvarma kanalı inşa edilib. Birinci mərhələdə kənddə məskunlaşan ailələr qarğıdalı, şəkər çuğunduru, həmçinin bostan-tərəvəz bitkiləri becəriblər. Hazırda kənddə şəkər çuğunduru yığımına başlanılıb.
Bu il ilk dəfə şəkər çuğunduru becərən kənd sakini Oqtay Həziyev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində sahələrdən yüksək məhsul götürdüyünü deyib: “Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə Cocuq Mərcanlı kəndində əhalinin təhlükəsizliyi təmin olunub. Kəndin ətrafındakı sahələr uzun illərdən sonra əkin dövriyyəsinə cəlb edilib. 24 il müddətində əkin-biçin aparılmadığı üçün torpaqlar münbitdir. Odur ki, əkilən bitkilərin məhsuldarlığı da yüksəkdir. 8 hektarda şəkər çuğunduru becərmişik. Aqrotexniki qaydalara düzgün və vaxtında əməl etmişik. Məhsulumuz boldur. Növbəti illərdə şəkər çuğunduru əkinlərini daha da genişləndirəcəyəm”.
Məhsul yığımında kəndin digər sakinləri də iştirak edirlər. Cocuq Mərcanlı sakini Şahsənəm Həsənova bildirib ki, kənd işğal olunanda 11 yaşı var idi. “24 illik didərginlik həyatından sonra öz kəndimizə dönmüşük. Burada kənd təsərrüfatı ilə məşğuluq. Güzəranımız da yaxşıdır. Doğma torpağımızı əkib-becərir, bol məhsul yetişdiririk. Bizə bu şəraiti yaradan dövlətimizə, Prezidentimizə və ordumuza “çox sağ ol” deyirəm”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Cocuq Mərcanlı kəndi Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. 1993-cü ilin oktyabrında Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan kənd 1994-cü il yanvarın 5-də Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 22 yaşayış məntəqəsi ilə birgə düşmən tapdağından azad edilib. Lakin Lələtəpə yüksəkliyi düşmənin nəzarətində olduğundan kənddə yaşayış mümkün deyildi. Horadiz əməliyyatından 22 il sonra, 2016-cı ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verərək hərb tariximizə daha bir şanlı səhifə yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olundu. Bu, Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də möhkəmləndirdi. Bu qələbə nəticəsində cocuq mərcanlılar doğma yurdlarına qayıdaraq yenidən öz həyatlarını qurublar.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10

