Vergilər Nazirliyi sosial çarxlar hazırlayıb
03.10.2018 [08:38]
Ölkədə vergi mədəniyyətinin yüksəldilməsi, cəmiyyətdə vergi ödəmə vərdişlərinin formalaşdırılması Vergilər Nazirliyinin fəaliyyətində prioritet istiqamətlərdən birini təşkil edir. Bu istiqamətdə təbliğat, məlumatlandırma və maarifləndirmə işinin gücləndirilməsi məqsədilə nazirliyin təşəbbüsü ilə sosial reklam çarxları hazırlanıb.
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, çarxların hazırlanmasında məqsəd vergilərin ödənilməsinin cəmiyyətin həyatında oynadığı rolu vurğulamaq, dövlət büdcəsinin iqtisadi və sosial inkişafının maliyyə əsasını təşkil etdiyini diqqətə çatdırmaqdır.
Sosial reklam çarxlarında Vergilər Nazirliyi tərəfindən vergilərin hara və nəyə xərclənməsi barədə həmin vergiləri ödəyənlərin daha ətraflı məlumatlandırılması, bu sahədə şəffaflığın təmin edilməsi obrazlı şəkildə ifadə olunub.
Reklam çarxları müxtəlif peşə sahiblərinin cəmiyyətdəki rolunu əks etdirir. Sosial çarxların süjetləri həyatda baş verən real hadisələr əsasında qurulub və həkim, polis zabiti, müəllim və yanğınsöndürən kimi peşə sahiblərinin fədakar fəaliyyətinə həsr edilib. Bu məqsədlə təhlükəsiz, sağlam, qayğıkeş və savadlı kimi əsas çağırışlardan istifadə olunub. Sosial çarxlarda qəhrəmanlıq və fədakarlığın hər kəsin borcu olmadığı halda, strateji peşə sahiblərinin fəaliyyətinin sağlam, təhlükəsiz və sivil toplum üçün daşıdığı əhəmiyyət və onların fəaliyyətinin təminatı üçün dövlət büdcəsinə vergi ödənilməsinin vacibliyi və bu ödənişlərin son nəticədə insanların rifahına yönəldiyi ifadə edilib.
Vergilər Nazirliyi sosial çarxları kommunikasiya vasitələrində yayımlamaqla vergilərin ödənilməsinin vacibliyini, cəmiyyətdə ictimai dəstəyin artırılmasına nail olmağı qarşıya məqsəd qoyub. Bununla dövlət büdcəsinin ödənilən vergilərdən asılı olduğunu, vergiləri ödəməklə cəmiyyətin hər bir üzvünün büdcənin formalaşmasında iştirak etdiyini və ölkəmizin inkişafına töhfə verdiyini vətəndaşların diqqətinə çatdırmaq, hər birimizin üzərinə düşən layiqli vətəndaş olmaq vəzifəsini icra etməyə inandırmaq nəzərdə tutulur.
Təhlükəsiz dövlət naminə - vergiləri ödəyək!
Xəbər lenti
Hamısına baxAnalitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37

