Bakı Limanında iki ədəd yeni yedək gəmisi istismara verilib
29.09.2018 [10:30]
Bakı Limanında iki ədəd yeni yedək gəmisi istismara verilib.
AZƏRTAC xəbər verir ki, sentyabrın 28-də “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin donanmasının tərkibinə iki yeni “Alat” və “Silk Way” yedək gəmiləri daxil edilib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq sifariş olunan yedək gəmiləri Beynəlxalq Dəniz Təşkilatının standartları və Beynəlxalq Təsnifat Cəmiyyətləri Assosiasiyasının üzvü olan “Bureau Veritas” Təsnifat Cəmiyyətinin nəzarəti altında inşa olunub.
Xatırladaq ki, cari il mayın 14-də Prezident İlham Əliyevin iştirakı ilə Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanının açılış mərasimi keçirilib. Ən son texnoloji imkanlara malik kranların, yükqaldırıcı və yüknəqledici avadanlıqların istismara verilməsi, müasir liman əməliyyat sisteminin qurulması və hazırda iki yedək gəmisinin əməliyyatlara cəlb olunması ilə yeni Bakı Limanı dünya standartlarına cavab vermiş olur. Bütün bunlar, Prezident İlham Əliyevin yeni Bakı Limanına göstərdiyi diqqət və qayğı sayəsində mümkün olub.
Dünən istismara verilən yeni yedək gəmiləri, müasir radionaviqasiya, xilasedici və yanğınsöndürmə avadanlıqları və sistemləri ilə təmin olunub, gücü 1220 kilovat (KVt) olan iki baş mühərriklə təchiz edilib.
Onların texniki göstəriciləri sərt hava şəraitində limana daxil olan gəmilərin yanalma əməliyyatlarında yardımetməyə imkan verir. Bu gəmilərin yanacaq, içməli su ilə təchizatı və digər texniki xüsusiyyətləri onların limanda fasiləsiz istismarına şərait yaradır. Eyni zamanda, gəmilərdə quraşdırılan müasir yanğınsöndürmə avadanlığı liman akvatoriyasında baş verən yanğın hadisəsinə ilkin müdaxilə etməyə imkan verir.
“Alat” gəmisinin uzunluğu 14.90 metr, eni 5.90 metr, ümumi tutumu 56 ton, gəminin sürəti isə 10 uzel (18.5 kilometr saatda) təşkil edir. “Silk Way” gəmisinin uzunluğu 17 metr, eni 6.80 metr, ümumi tutumu 82 ton, sürəti isə “Alat” gəmisi ilə eynidir.
Türkiyədə istehsal olunan gəmilərin istifadəyə verilməsi mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə yeni yedək gəmilərin istismara verilməsi münasibətilə liman əməkdaşlarını təbrik edib və Azərbaycanın beynəlxalq logistika mərkəzinə çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin reallaşmasında limanın artan rolunu qeyd edib.
Bakı Limanının baş direktoru Taleh Ziyadov çıxış edərək yeni Bakı Limanında 2 yeni yedək gəmisinin istismara verilməsini limanda dünya standartlarına cavab verən xidmətlərin göstərilməsi istiqamətində daha bir vacib addım kimi dəyərləndirib.
Mərasimin sonunda hər iki gəminin heyəti liman buxtasında gəmilərin texniki göstəricilərini, yanğınsöndürmə kimi əlavə imkanlarını və gəmi heyəti üçün komfortlu xidmət imkanlarını qonaqlara nümayiş etdirib. Qonaqlar liman ətrafında yeni gəmilərlə səfərə çıxaraq onun əməliyyat imkanları ilə əyani tanış olublar.
Xüsusilə qeyd etmək istərdik ki, yeni liman ildə 15 milyon ton yük, həmçinin 100 000 TEU konteyner aşırmaq gücündədir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

