Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görülür
25.09.2018 [09:23]
Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemində məqsədyönlü islahatlar aparılaraq bu sahədə qanunvericilik təkmilləşib, hakimlərin şəffaf seçim qaydası müəyyən olunaraq hakim korpusu 60 faiz təzələnib, insanların müraciət imkanlarının asanlaşdırılması məqsədilə yeni məhkəmələr yaradılıb, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi və məhkəmə infrastrukturunun müasirləşməsi üzrə əməli işlər həyata keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizin sürətli sosial-iqtisadi inkişafı və mülki dövriyyənin kəskin artması nəticəsində məhkəmələrin iş həcminin dəfələrlə çoxalması nəzərə alınaraq, bu sahədə zəruri addımlar atılır, o cümlədən mübahisələrin məhkəmədən kənar alternativ həllində mühüm rol oynayan mediasiya institutunun tətbiqi üzrə tədbirlər görülür.
Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq, məhkəmə qərarlarının ədalətliliyi, məhkəmələrdə şəffaflığın artırılması, korrupsiyanın yolverilməzliyi və vətəndaş-məmur münasibətlərinin sağlam meyarlar üzərində qurulması daim diqqət mərkəzində saxlanılır. Məhkəmə-Hüquq Şurasının qərarları ilə 100-dən çox hakim vətəndaşlarda haqlı narazılıq doğuran nöqsan və pozuntulara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırılıb, o cümlədən korrupsiya hüquqpozmalarına görə 35 hakim ciddi intizam məsuliyyətinə cəlb edilib.
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər davam etdirilərək, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun Ağstafa rayonuna səfəri çərçivəsində Gəncə Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına daxil olan bölgənin birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin, habelə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirakı ilə geniş zona müşavirəsi keçirilib.
Müşavirədə məhkəmə fəaliyyətində yol verilən nöqsanlar, daxil olan şikayətlər və onları doğuran səbəblər, bununla əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub.
Tədbirdə Prezident İlham Əliyevin qəti siyasi iradəsi ilə respublikamızda korrupsiyaya qarşı sərt mübarizənin aparıldığını vurğulayan Fikrət Məmmədov məhkəmə fəaliyyətində korrupsiyaya şərait yaradan halların yolverilməzliyini diqqətə çatdırıb. Vətəndaşların əsassız get-gələ salınması, işlərə baxılmamasının süründürülməsi, habelə bəzi hakimlərin qeyri-etik davranışı qeyd olunaraq belə halların insanları narazı saldığı, şikayətlər doğurduğu bildirilib.
Bununla bağlı hakim adına və nüfuzuna xələl gətirən hərəkətlərin yolverilməzliyi, lazımi nəticə çıxarmayan və işində dönüş yaratmayan hakimlərə məhkəmə sistemində yer olmadığı qeyd edilib. Bildirilib ki, hazırda 80-dək hakimin fəaliyyətinin prinsipial qiymətləndirilməsi aparılır, habelə yeni qaydalar əsasında şəffaf prosedurlarla seçilmiş 100-dən çox hakimliyə namizədin təyinatı nəzərdə tutulur.
Müşavirədə apellyasiya məhkəmələrindən prinsipiallığın artırılması, qanun pozuntularına ciddi reaksiya verilməsi, neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi vurğulanıb.
Həmçinin məhkəmə sistemində şəffaflığın artırılması üzrə əlavə tədbirlərin görülməsi, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, qeyri-prosessual münasibətlərin qarşısının alınması, etik davranış qaydalarına dürüst əməl edilməsi üzrə qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

