Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlandı
22.09.2018 [10:05]
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb.
Şirkət 2018-ci ilin I və II rübü üzrə nüfuzlu “Ən sürətli mobil şəbəkə üzrə Speedtest mükafatı”nın qalibi olub. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.
Sınaq müddəti ərzində “Ookla” şirkəti ölkədə ən sürətli mobil şəbəkəni müəyyən etmək məqsədilə Azərbaycanın bütün mobil operatorlarının abunəçiləri tərəfindən iOS və Android platformalarında çalışan cihazlardan “Speedtest” mobil əlavəsi vasitəsilə həyata keçirilmiş sınaqları müqayisə edib. Nəticələrə əsasən, “Bakcell” şəbəkəsi bütün ölçülən kateqoriyalar üzrə ən yüksək “Speedtest” ballarını toplayıb. Bununla da təsdiq edilib ki, “Bakcell” şəbəkəsi ölkədə ən yüksək orta yükləmə sürəti və ən aşağı gecikmə müddətinə (latency time) malikdir. Mobil şəbəkələrin sınaq və təhlili sahəsində dünyanın ən nüfuzlu qurumu tərəfindən toplanmış bu məlumat Azərbaycandakı istifadəçilərin 18 000 ayrı-ayrı unikal cihaz vasitəsilə həyata keçirilmiş 80 000 sınaq (Speedtest platforması üzərindən) əsasında formalaşıb.
“Biz qürur duyuruq ki, şəbəkə sınaqları və təhlili sahəsində dünya lideri tərəfindən şəbəkəmizin üstünlüyü bir daha da təsdiq edilib. “Bakcell” şəbəkəsi ölkənin mobil telekommunikasiya bazarında ən sürətli şəbəkədir və biz çox sevinirik ki, zəhmətimiz və gördüyümüz işlər abunəçilərimizə rahatlıq və məmnunluq gətirməkdədir. Bu liderliyi qorumaq və xidmətlərimizi daha da təkmilləşdirmək üçün əlimizdən gələni edirik. “Bakcell” bundan sonra da bazarda ən üstün və ən sürətli mobil şəbəkə ilə yanaşı, ən innovativ və misilsiz müştəri təcrübəsini öz abunəçilərinin ixtiyarına verməyə davam edəcək”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.
Qeyd edək ki, sınaq müddəti ərzində hər üç yerli mobil operatorun nəticələri müqayisə olunub və “Bakcell” şirkəti LTE funksiyalı cihazlarda orta yükləmə sürəti 31.95 Mbps, orta məlumat göndərmə sürəti isə 11.75 Mbps olmaqla ümumi 27.93 bal (Speed Score(tm)) toplayaraq ölkədə ƏN SÜRƏTLİ mobil şəbəkə adını qazanıb.
“Speedtest Intellingence” məlumatları veb və mobil “Speedtest” platformaları vasitəsilə milyonlarla abunəçi tərəfindən aparılmış sınaqlar vasitəsilə əldə olunur. Azərbaycanın bütün provayderləri üzrə məlumatlar ölkə ərazisində aparılan sınaqlara əsaslanaraq “Speedtest Intellingence”də öz əksini tapır. Biz təsdiq edirik ki, həmin nəticələr “Bakcell”in “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” olmasının bariz göstəricisidir. Bizim metodologiyalarımız bütün dünyada telekommunikasiya sənayesinin standartı kimi qəbul olunur və bununla da biz “Bakcell” şirkətinin bu mükafata tam layiq olmasını bir daha təsdiq edir və Azərbaycanın ən sürətli mobil şəbəkəsi statusunu qazanması münasibətilə “Bakcell” şirkətini təbrik edirik”, - deyə Ookla şirkətinin baş direktoru Douq Suttles bildirib.
Speedtest.net - İnternetdən istifadə üzrə bağlantı sürəti və gecikmə müddəti kimi əmsalların pulsuz təhlilini həyata keçirən veb xidmətdir. Bu xidmət Ookla şirkəti tərəfindən 2006-cı ildən pulsuz olaraq göstərilir. Bu günə qədər 21 milyarddan artıq sınaq ilə Ookla məlumatları dünyanın bütün ölkələrini əhatə edir. Ookla şirkətinin “Speedtest” mobil əlavəsi Google Play Store və App Store mobil dükanlarından 100 milyon dəfədən çox yüklənib.
7000-dən artıq baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə (“Best in Test”) adına layiq görülüb.
Xəbər lenti
Hamısına baxSosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50

