Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə böyük töhfə
14.09.2018 [09:20]
Milli Arxiv İdarəsi tərəfindən AXC-nin fəaliyyətini əks etdirən yeni kitablar çapdan çıxıb
Bu günlərdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən hazırlanan “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları (portret-oçerklər və məqalələr)” və “Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Təhsil siyasəti (sənədlər toplusu)” kitabları işıq üzü görüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli 2867 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə dair Tədbirlər planına” uyğun olaraq hazırlanan hər iki kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.
“Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları” kitabında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Dövlət Arxivləri əməkdaşlarının arxiv sənəd və materialları, eləcə də digər tarixi mənbələr əsasında yazdıqları və müxtəlif illərdə mətbuat səhifələrində çap olunmuş portret-oçerklər və məqalələri toplanıb. “İstiqlal bəyannaməsi”nin tam mətni və onun haqqında məlumatın, habelə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) dövlət quruluşunun və dövlət quruculuğu prosesinə həsr olunmuş mətnlərin də yer aldığı kitabda AXC-nin qurulmasında iştirak edən görkəmli şəxsiyyətlərin - Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Məmməd Xan Təkinski, Cavad bəy Məlik-Yeqanov, Məmməd Yusif Cəfərov, Aslan bəy Kriçinski, Üzeyir və Ceyhun Hacıbəyov qardaşları, Firudin bəy Köçərli, Həmid bəy Şahtaxtinski, Əhməd bəy Ağayev, Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Xudadat bəy Rəfibəyov, habelə milli ordu quruculuğunda iştirak etmiş generallardan Teymur bəy Novruzov, Süleyman bəy Əfəndiyev və digərləri haqqında oçerklər və məqalələr yer alıb. Kitabın redaktoru və ön sözün müəllifi tarix elmləri doktoru Əsgər Rəsulovdur.
“Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Təhsil siyasəti” toplusu isə 1918-ci ilin may ayından 1920-ci ilin aprelinə qədər dövrdə AXC-nin təhsil və maarif sahəsində fəaliyyətini əks etdirən arxiv sənədləri əsasında hazırlanıb. 3 fəsildən (orta təhsil; orta-texniki, hərbi və xüsusi təhsil; ali təhsil müəssisələri) ibarət topluya qeydlər, adlı göstərici, coğrafi adların göstəricisi, istifadə olunmuş mənbələrin siyahısı da daxildir. Girişdə sənədlərin xüsusiyyətləri, növləri barədə Azərbaycan və rus dillərində geniş məlumat və izahlar verilib. Tarixi sənədlərin nəşr qaydalarına uyğun olaraq, topluda sənədlər orijinal mətnlərinə, stilistik xüsusiyyətlərinə toxunulmadan verilib. Kitabın məsul redaktoru Ataxan Paşayev, redaktoru isə Əsgər Rəsulovdur.
AXC-nin 100 illiyinin qeyd edilməsi üzrə tədbirlər planı çərçivəsində hazırlanan nəşrlərdə yer alan bir çox materialların xüsusi əhəmiyyətini vurğulayaraq, hər iki kitabı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə böyük töhfə kimi qiymətləndirmək olar.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxGündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22

