/ / “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsində tələbə həmkarlar ittifaqlarının üzərinə mühüm vəzifələr düşür
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsində tələbə həmkarlar ittifaqlarının üzərinə mühüm vəzifələr düşür
12.09.2018 [08:49]
Hazırda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarının (ATİAHİ) üzv təşkilatlarındakı 380 mindən çox üzvündən 130 min nəfərə yaxınını (34 faiz) 29 yaşadək gənclər təşkil edir. İttifaqın tərkibində olan 22 ali məktəb, 14 kollec, peşə məktəbi və liseylərdə 144 min 650 tələbə təhsil alır ki, onlardan da 80 minə yaxını ittifaqın üzvüdür. Bu baxımdan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsində tələbə həmkarlar ittifaqlarının üzərinə mühüm vəzifələr düşür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə sentyabrın 11-də ATİAHİ-nin Nabranda yerləşən “Təhsil” istirahət mərkəzində təşkil olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsində tələbə həmkarlar ittifaqlarının yeri və rolu” mövzusunda konfransda bildirilib.
Konfransa 19 ali təhsil müəssisəsinin 100-dən çox tələbəsi qatılıb.
ATİAHİ-nin sədr müavini Mirzə Cəfərzadə konfransda çıxış edərək Azərbaycanda gənclərin sağlam ruhda böyüməsi, layiqli vətəndaşlar kimi yetişməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanda gənclər siyasəti Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkənin ictimai həyatının bütün sferalarında aktiv fəaliyyəti ilə seçilən Azərbaycan gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində də mühüm rol oynayır. Bunun özü Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu göstərir. Məhz dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar bu təbəqəni cəmiyyətdə aparıcı qüvvəyə çevirməkdədir.
Mirzə Cəfərzadə çıxışında qeyd edib ki, ATİAHİ Respublika Komitəsi tərəfindən gənclərlə iş bir neçə istiqamətdə aparılır. Bunlar gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, onlar arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişafı, istedadlı gənclərin aşkara çıxarılması və qabiliyyətlərinin inkişafı üçün şəraitin yaradılması, elmə, təhsilə marağın artırılması, xalqımızın tarixinə, milli mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi, hərbi-vətənpərvərlik tərbiyəsi işinin aparılması və digər istiqamətlərdir.
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasətinin gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etdiyini deyib. Bildirib ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.
Seymur Orucov Prezidentin Sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasının dövlətimizin gənc nəslin inkişafına diqqətinin parlaq ifadəsi olduğunu vurğulayıb. Bildirilib ki, gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Gənclərə verilən dəstək həm də ölkənin güclü və firavan gələcəyinə edilən yatırımdır.
Tədbirdə çıxış edən digər natiqlər də ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, gənclərin üzərinə düşən mühüm vəzifələri qeyd ediblər.
Konfrans çərçivəsində tələbələr arasında idman və intellektual yarışlar təşkil olunub.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsində tələbə həmkarlar ittifaqlarının yeri və rolu” mövzusunda konfrans sentyabrın 12-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxAnalitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37

