Dini ekstremizm ictimai təhlükəsizliyə və mənəvi dəyərlərə təhdiddir
12.09.2018 [08:48]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə “Dini ekstremizm - ictimai təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” adlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək mövzunun əhəmiyyətindən danışıb. O, belə tədbirlərin keçirilməsinin zəruriliyini qeyd edib.
Vurğulanıb ki, Azərbaycanda vicdan azadlığı təmin edilir və bunu düzgün qiymətləndirmək lazımdır.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bildirib ki, respublikamızdakı tolerant və multikultural mühit bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul olunur. “Bakı Prosesi” haqqında məlumat verən sədr müavini bu platformanın mədəniyyətlər və dinlər arasında dialoq sahəsində daha konkret fəaliyyətlərə başlamaq məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürüldüyünü deyib. O, Azərbaycanda keçirilən mədəniyyətlərarası və humanitar forumların əhəmiyyətindən də danışaraq bunu dövlətimizin dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfənin təzahürü kimi qiymətləndirib.
Respublikamızda ictimai-siyasi, dini sabitliyin mövcud olduğunu qeyd edən DQİDK-nın sədr müavini deyib ki, dini radikalizmdən istifadə etmək istəyən qüvvələr çalışırlar ki, müxtəlif dövlət qurumlarına nüfuz etsinlər. Lakin bu məsələdə hər kəs diqqətli olmalı və bu cür hallara imkan verməməlidir.
Sədr müavini ölkəmizdə məzhəb ayrı-seçkiliyi yaratmağa, əmin-amanlığı, sabitliyi pozmağa, digər ölkələrin milli xüsusiyyətlərini, dini ideologiyalarını İslam adı altında ölkəmizdə təbliğ etməyə çalışan bəzi cərəyanlarla mübarizə aparıldığını, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini ideologiyaların təsiri altına düşməsinin qarşısının alınması üçün zəruri işlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Səyavuş Heydərov DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi haqqında da məlumat verərək bildirib ki, bu film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr olunub. Filmdə Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən də bəhs edilir.
Daha sonra “Şəhadət” filmi nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05

