“Naxçıvan: İslam mədəniyyətinin paytaxtı” mövzusunda keçirilən beynəlxalq konfrans başa çatıb
11.09.2018 [09:22]
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq keçirilən “Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda beynəlxalq elmi konfransın yekun iclası olub.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev konfransda təqdim edilən elmi məqalələrin əhəmiyyətindən bəhs edib, bölmələrdə Naxçıvanda islami dəyərlərin, İslam mədəniyyəti abidələrinin qorunub saxlanması, bərpası və təbliği istiqamətində müzakirələrin aparıldığını deyib.
Sonra bölmə rəhbərlərinin hesabatları dinlənilib.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Naxçıvanda İslam mədəniyyətinin tarixi” adlı bölmə iclasında 11 məruzənin dinlənildiyini qeyd edib. O, təqdim olunan məruzələrin 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı seçilən Naxçıvan şəhərinin islami dəyərlərə və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə əlaqədar olduğunu bildirib.
Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev sədrlik etdiyi “Naxçıvanın İslam mədəniyyəti: arxeologiyası və memarlığı”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Naxçıvanın İslam mədəniyyəti ədəbiyyat və folklorda”, Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov isə “Naxçıvanın İslam mədəniyyəti mənbələrdə” adlı bölmələrdə dinlənilən məruzələrin əhəmiyyətindən danışıblar.
Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Abbas Seyidov və İstanbul Universitetinin müəllimi, professor Oktay Belli çıxış edərək, Naxçıvanda olan türk-islam mədəniyyəti abidələrinin türk dünyası üçün əhəmiyyətini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

