/ / Elgün Zamanlı: Ən böyük arzum gələcəkdə “Google” şirkətində çalışmaq və Azərbaycanı layiqincə təmsil etməkdir
Elgün Zamanlı: Ən böyük arzum gələcəkdə “Google” şirkətində çalışmaq və Azərbaycanı layiqincə təmsil etməkdir
22.08.2018 [09:28]
Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 2018-2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Artıq qəbul olunan abituriyentlərin qeydiyyatı başlanıb. Dövlət İmtahan Mərkəzindən qəzetimizə verilən məlumata görə, ali təhsil müəssisələrinin müsabiqəsində 44 min 772 abituriyent iştirak edib. Onlardan 39 min 906-sı ali təhsil müəssisələrinə qəbul olunub. Bildirilib ki, tələbə adı qazanmış şəxslər 2018-ci il avqustun 16-dan 28-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeyd edək ki, builki imtahanda I ixtisas qrupu üzrə 13, II ixtisas qrupu üzrə 3, III ixtisas qrupu üzrə 8, IV ixtisas qrupu üzrə isə 5 nəfər olmaqla, ümumilikdə 29 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
Beləliklə, ənənəyə sadiq qalaraq, bu il də 700 bal toplayan abituriyentləri oxucularımızla tanış edirik. DİM tərəfindən respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərdən biri də Abşeron rayon Xırdalan şəhəri 9 saylı məktəbin məzunu olan Elgün Zamanlıdır. O, maksimum nəticə əldə edən Abşeron rayonunun iki abituriyentindən biri olub. I ixtisas qrupu üzrə imtahan verən Elgün may ayında keçirilən qəbul imtahanında 675 bal toplasa da, bu nəticə ilə qane olmayıb, növbəti imtahanda isə özünü yenidən sınayıb. Bakı Ali Neft Məktəbinin (BANM) informasiya təhlükəsizliyi fakültəsinə qəbul olub: “Orta məktəbdən Bakı Ali Neft Məktəbinin tələbəsi olmağı planlaşdırırdım. Bildiyiniz kimi, 2018-2019-cu tədris ilindən etibarən informasiya təhlükəsizliyi ixtisasının tədrisinə başlanılacaq. Hər zaman texnologiyalara marağım olub. BANM-də tədris yüksək səviyyədədir. Dərslər ingilis dilində keçirilir. Dil bilgimi artırıb təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram. Burada uğur qazanacağıma inanıram. Ölkəmizin inkişafında mühüm rol oynayan gənclərdən biri olmaq istəyirəm. Ən böyük arzum isə gələcəkdə “Google” şirkətində çalışmaq və Azərbaycanı layiqincə təmsil etməkdir”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

